Satışa çıxarılan mənzilləri ilk bron edənlərə sms-bildirişlərin göndərilməsinə başlanıb
Yusif Nəzərli
15:57 01.02.2023
Cəmiyyət
511
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən mənzilləri ilk bron etmiş şəxslərə sms-bildirişlərin göndərilməsinə başlanıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən göndərilən bildirişlərdə həmin şəxslər bron etdikləri mənzillərə baxış keçirmələri üçün (mənzilin yerləşdiyi yaşayış kompleksinin adı, ünvanı, baxış keçirilməsinin günü, saatı qeyd olunmaqla) dəvət olunur.
Baxış keçirildikdən sonra vətəndaş mənzili almaq istəyini təsdiq edərsə, həmin şəxslə akt imzalanaraq satış günü və yeri barədə ona məlumat veriləcək.
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdikdə, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə (bir mənzili 3 şəxs bron edə bilər) keçir.
Bir deyil, iki və daha çox mənzili ilk bron etmiş şəxs həmin mənzillərin alışını ardıcıllıqla rəsmiləşdirməlidir.
Xatırladaq ki, satışa çıxarılan 1662 mənzil Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir və artıq böyük hissəsi bron edilib.
Hər biri çıxarışlı və tam təmirli olan mənzillər istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
Mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya