"Saxta" içkilər təhlükəsi: Qablaşmasına diqqət edin və ya bildiyiniz məhsulu alın
11:56 22.08.2024
Cəmiyyət
452
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, Ağdaş-Göyçay yolunun 1-ci km-də fəaliyyət göstərən, fiziki şəxs Arif Mahir oğlu Ələkbərova məxsus "Ağdaş Palace" restoranında plandankənar yoxlama keçirib. Agentlikdən Oxu.Az-a verilən məlumata görə, baxış zamanı ictimai iaşə müəssisəsinin anbar sahəsində qablaşdırılması və etiketlənməsində saxtalaşdırma əlamətləri olan müxtəlif saxta əmtəə nişanlı ("Beluga", "Russkiy Standart", "Absolut Vodka", "Nemiroff", "Green Drop", "Qızıl Çar", "Zero", "Bison Rosol", "Xorçitsa", "Verba", "ALP LİNE", "Minsk", "Sokrovice Belarus", "Admiral Van Bellingham", "Gradus", "Zelupa", "Russkiy Standart Platin", "Vladinko", "Finlandia"), ümumi sayı 309 ədəd alkoqollu içki (araqlar) aşkarlanıb. Belə ki, içkilərin qablaşdırmasının orijinal məhsullardan fərqləndiyi, bəzilərinin qapaq hissəsinin sonradan təkrarən bağlandığı, müxtəlif istehsalçılara məxsus müxtəlif əmtəə nişanlı bəzi içkilərin qapaqlarının eyni olduğu məlum olub. Həmçinin yoxlama zamanı bu içkilərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu təsdiq edən heç bir sənəd təqdim edilməyib. Faktla bağlı müəssisədə aşkar olunmuş və saxtalaşdırma əlamətləri olan alkoqollu içki məhsullarının satışının dayandırılması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib, müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.
Maraqlıdır, saxta alkoqollu içkiləri bazara daxil olmasına kimlər kömək edir? Problemin həlli üçün hansı tədbirlər görülməlidir? Ümumiyyətlə, saxta içkilərin insan sağlamlığına hansı təsirləri var?
Suallarımızı cavablandıran qida eksperti Fərid Səfərov ''Sherg.az"a deyib ki, taxıl spirti sayılan etil spirti tibblə yanaşı, qida və içki istehsalı üçün də istifadə edilir:
''Taxta yonqarlarının distilləsi ilə əldə edilən metil spirti isə müxtəlif sənaye sahələrində istifadə olunur. Metil spirtinə məruz qalma və ya dəri ilə təmas zamanı zəhərlənmə baş verir. Ancaq təəssüf ki, bəzi "işgüzarlar", asan və rahat üsulla pul qazanmaq istəyən sahibkarlar saxta üsullarla içkilər hazırlayaraq satışa çıxardırlar. Nəticə isə çox zaman pis olur. Rəngsiz və uçucu metil spirti su ilə tamamilə qarışır. Ümumiyyətlə metil spirti aşağı qiymətə istehsal edildiyi üçün içkilərin hazırlanmasında etil spirti əvəzinə tez-tez istifadə edilir. Ölkəmizdə qeyri-qanuni olduğu qədər qeyri-sağlam olan bu içkilər qanunsuz satılır. Ucuz olduğuna görə üstünlük verilən bu saxta içkilərin etiketləri də saxtadır. Saxta etiketlərlə və ucuz qiymətə bazara çıxarılan bu içkilər ucuz qiymətə görə istehlakçılar tərəfindən daha çox seçilir. Əhəmiyyət vermədən, sadəcə əylənmək, ucuz olduğu üçün və ya bilmədən istifadə edilən bu cür "saxta" içkilər sağlamlığımız üçün çox təhlükəlidir. Bu müxtəlif zəhərlənmələrə, hətta, ölümə səbəb olur. Saxta spirtli içkilərin vurduğu zərər miqdarından asılı olaraq dəyişir. Bu içkilər xüsusilə sinir sisteminə zərər verir. Görmə pozğunluğu və ya tamamilə görmə itkisi, şüursuz hərəkətlər, hərəkətliliyin olmaması, başgicəllənmə, ürəkbulanma, qusma və ölümlə nəticələnir. Ona görə də spirtli içki qəbul etməyin. Qəbul edirsinizsə, alarkən etiketini oxuyun, qablaşmasına diqqət edin və ya bildiyiniz məhsulu alın''.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm