Şəhid anası: “Ermənilərin Bərdəni raket atəşinə tutduğu vaxt oğluma yemək aparırdım” - FOTO
Yusif Nəzərli
13:53 28.10.2022
Cəmiyyət
383
“Ermənilərin Bərdəni raket atəşinə tutduğu vaxt oğluma yemək aparırdım”.
Bunu Trend-ə açıqlamasında ermənilərin Bərdəni atəşə tutması nəticəsində şəhid olan Amil Cəfərovun anası Mehriban Cəfərova bildirib.
Şəhid anası bildirib ki, hadisədən bir saat əvvəl oğlunun yanında olub.
“Oğlum işdə idi, mən də onun yanında. Günorta idi, dedi ki, ana, get evə birazdan mənə yemək gətirərsən. Gəldim evə, yemək hazırladım, evdən çıxdım ki, oğluma yemək aparım. Oğlumun iş yerinə 100 metr qalmış raket həmin əraziyə düşdü. Yerimdə dondum, özümü itirdim, heç yerə gedə bilmədim, yolun ortasında oturub ancaq qışqırırdım. Bir də gördüm ki, bir qohumumuz ağlaya-ağlaya qaçdı. Amil raket zərbəsindən şəhid oldu. Dərhal həmin yerə qaçdım. Özümü o qədər itirmişəm ki, Amilin meyitinin yanından 3-4 dəfə o tərəf bu tərəfə keçmişəm, Amili tanımamışam. Birinci məni aldatdılar ki, Amil yaralıdır, Bərdə Rayon Mərkəzi Xəstəxanasındadır. Tez getdim xəstəxanaya ki, balamı görüm. Xəstəxana həkimlərinə yalvarırdım ki, kömək edin oğlumu tapım. Həkimlərdən biri gəldi, boynumu qucaqlayıb ağladı və dedi ki, Amil şəhid olub. Onunla da dünya gözümdə qaraldı”, - deyə şəhid anası bildirib.
M.Cəfərova əlavə edib ki, oğlu şəhid olsa da, bu gün torpaqlarımızın işğaldan azad edilməsindən qürur duyur:
“Amildən sonra yaşamaq istəmirəm, çox çətindir mənə. Amma şükür ki, bu gün torpaqlarımız işğaldan azad edildi. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Tanrı Prezidentimizi qorusun. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya