Şuşadan inciməzlər
Məlahət Rzayeva
03:40 01.09.2021
Cəmiyyət
575
"Sosial şəbəkədə “döşəyirlər”, siyahı tutanların canına"
Akif Əhmədgil: "Əvvəlcədən adım siyahıda olmasaydı, heç təsir etməzdi"
Şuşaya getməyənlər yenə inciyib. Şuşa sevgisi belədir... Hamı ona can atır. Amma o hamını “qəbul etmir”. Niyə? Çünki Şuşanın əvəzindən başqaları danışır. “Sən dayan, biz bilirik, kim getməlidir, kim yox”, deyirlər. Neyləsin, Şuşa?! Qalibdir. Amma onun əvəzinə qərar verənlər var axı!.. Dediyim kimi, bir xeyli incik düşənlər var. Gizlətmirlər də. Sosial şəbəkədə “döşəyirlər”, siyahı tutanların canına. Siyahı tutanlar kimlərdi, o da hələ bilinmir. Kimsə məsuliyyəti üzərindən atmaq üçün yuxarını nişan verir. Yəni “bizlik deyil, siyahı “yuxarı”dan tərtib olunub”. Bilmirsən, düz deyirlər, yoxsa, yox. Şuşaya – Vaqif Poeziya Günlərinə gedənlər hələ qayıtmayıb. Narazılarsa, narazılıqlarını biruzə etməkdədir. Dəyərli ziyalımız, şair Akif Əhmədgil də sosial şəbəkə üzərindən incikliyini bəyan edib:
“..Şuşaya gedən şairlərin siyahısından mənim adımı da siliblər. Görəsən, adımı həmin sihahıya niyə salmşıdılar və niyə sonradan silmək qərarına gəliblər?.. Sadəcə, adsilən oğlanın nəzərinə çatdırmaq istəyirəm ki, iki ay sonra Portuqaliyanın Lissabon, sonra Polşanın Krakovo, daha sonra Yaponiyanın Tokio şəhərinə səfərim var.. İNŞALLAH... Ad silən oğlan bacarırsa, adımı həmin syahıdan da çıxarsın. Yaxud Şuşaya göndərdiyi şairlərdən heç olmasa, birinin adını həmin siyahıya əlavə eləsin... Deyirəm, Kəramətinə şükür, ay Qəşəm.. Eşitdim, sənin də adını siyahıdan çıxarıblar, Qəşəm Nəcəfzadə.. Çanın sağ olsun.. Otuz il dözmüşük. Bir otuz il də dözərik”.
Akif bəy “Şərq”ə açıqlamasında adının siyahıdan çıxarılmasını Şuşa səfərinə 1 gün qalmış bildiyini dedi:
- 1 ay əvvəl AYB-nin mətbuat katibi Xəyal Rza mənə zəng etdi və dedi ki, adım siyahıdadır. Bunu da deyim ki, təxminən bir ay əvvəl Yazıçılar Birliyinə getmişdim. Toğrul Kərimli kimi dəyərli dostumuz var. Şuşa döyüşlərində, Suqovuşanın alınmasında iştirak edib. Medallarla təltif olunub. Həm də şairdi. Yazıçılar Birliyində İlqar Fəhmi ilə görüşdüm, Toğrulun da adının Şuşaya gedənlərin siyahısına salınmasını istədim. Dedim ki, mənim adımı çıxarın, onu salın. Şuşada olmaq hamıdan artıq onun haqqıdır. İlqar bəy də dedi ki, hələ qoy əvvəlcə üzv olsun, sonra. İndi baxıram ki, AYB üzvü olmayanlar da Şuşaya gedib. Nəysə... 2 min üzvü var AYB-nin. Hamını aparası deyillər. Amma mənə təsir edən adımın əvvəlcə siyahıya salınıb, sonra çıxarılmasıdır. Adama bu təsir edir. Əvvəlcədən adım siyahıda olmasaydı, heç təsir etməzdi. Amma adama ümid verib, sonra ümidini üzmək, yaxşı deyil.
A.Əhmədgil qeyd etdi ki, Şuşaya gedən şair və yazıçıların siyahısının məhz AYB rəhbərliyi tərəfindən tərtib edildiyini güman edir:
- Çox yaxşı bilirəm ki, bu siyahını AYB rəhbərliyi tərtib edib. Kimi istəyiblər salıblar siyahıya, kimi istəməyiblər çıxarıblar. Neyləyək, canları sağ olsun... Şuşaya mən özüm də gedə bilərəm. İndi olmasın, 1 ay sonra olsun. Onsuz da Şuşa bizimdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual