Türkiyə Statistika Qurumunun açıqladığı son məlumatlara görə, Türkiyədə ailə modellərinin dəyişməsi mənzil sektoruna da təsir edib. Hazırda ölkədə hər 5 evdən 1-də yalnız bir nəfər yaşayır.
Araşdırmaya əsasən, 2010-cu ildə 122 kvadratmetr olan orta mənzil sahəsi 2025-ci ildə 101 kvadratmetrə qədər azalıb. Çoxmənzilli binalardakı mənzillərin orta ölçüsü isə 97 kvadratmetrə düşüb.
Mütəxəssislər bildirirlər ki, tək yaşama meylinin artması və ailələrin kiçilməsi səbəbindən gələcəkdə 1+1 və 2+1 tipli mənzillər daha da geniş yayılacaq. Ən böyük mənzillər Siirtdə, ən kiçik mənzillər isə Samsunda qeydə alınıb.