Tələbə gənclər Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçiriblər - FOTO
Yusif Nəzərli
11:08 08.11.2022
Cəmiyyət
316
Tələbə gənclər Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçiriblər.
Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qeyd olunan Zəfər Günü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən silsilə tədbirlər baş tutub. Həyata keçirilmiş tədbirlər, layihələr, konfranslar və görüşlər fonunda tələbə gənclər ordumuzun və xalqımızın qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin inkişafı istiqamətində müstəsna rol oynayan qələbəmizi qeyd ediblər.
Tələbə gənclərin “ÇƏTİR” proqramı çərçivəsində fəaliyyət göstərən vətənpərvərlik, musiqi, intellektual oyunlar klubları şəbəkələrinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Tarixin Qürur Səhifəsi” adlı musiqi gecəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetində “Tarixin izləri” adlı görüş, Azərbaycan Texniki Universitetində “Zəfər Kuboku” adlı intellektual turnir, Bakı Dövlət Universitetinin Qazax filialında “Şahidlər” adlı görüş, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı və Azərbaycan Texnologiya Universitetində “Zəfər Tarixi” adlı konsert proqramları həyata keçirilib.
“Hədəf 10%” proqramı çərçivəsində də ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən üzv Tələbə Gənclər Təşkilatları (TGT) tərəfindən bir sıra layihələr icra olunub. Belə ki, ADPU Cəlilabad filialı, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Universiteti, Naxçıvan Dövlət Universiteti və 1 Nömrəli Bakı Tibb Kolleci Tələbə Gənclər Təşkilatları tərəfindən 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələri ziyarət edilmiş, “Xarı Bülbül” Keramika Masterklassı keçirilmiş, “Yarımçıq Xatirələr” adlı filmin nümayişi baş tutmuş, “Döyüş Şöhrəti Muzeyi” və Hərbi Qənimətlər Parkına ekskursiya edilmişdir. Bu kimi layihələrlə tarixi zəfərimizə aparan uğurlu siyasətin əsasları gənclərin diqqətinə çatdırılmışdır.
“On1000” proqramı çərçivəsində də 8 Noyabr - Zəfər Gününə həsr olunmuş bir sıra tədbirlər həyata keçirilmişdir. Proqram çərçivəsində Bakı Ali Neft Məktəbində Rəsm Müsabiqəsi, Azərbaycan Texniki Universitetində “Şəhidlər Unudulmur” adlı görüş, Odlar Yurdu Universitetində “Zəfər Günü” adlı görüş, Dövlət Gömrük Komitəsinin Akademiyasında Zəfər Gününə həsr olunmuş şahmat turniri, 2 Nömrəli Bakı Baza Tibb kollecində “Zəfər Günü” adlı görüş, Azərbaycan Tibb Universitetində “Qarabağa doğru” adlı görüş, Şəki Dövlət Regional kollecində Elmi-Nəzəri konfrans, Bakı Dövlət Universitetində “Unudulmaz 44 Gün” adlı görüş, Naxçıvan Musiqi Kollecində “Görünməyən Qəhrəmanlar-Ağxalatlılar” adlı filmin nümayişi və Bakı Avrasiya Universitetində “Zəfərə Gedən Yol” adlı konsert proqramı həyata keçirilmişdir. Silsilə şəkildə baş tutan tədbirlərin əsas məqsədi 44 günlük Vətən müharibəsinin tarixi zəfərimiz ilə yekunlaşmasında əzmkarlıq göstərmiş qəhrəman Vətən övladlarını yad etmək, bu günün gənclər tərəfindən daim böyük qürur və fəxarət hissi ilə xatırlanacağını göstərmək olub.
Vətən müharibəsində Zəfərimiz sübut etdi ki, Azərbaycan gəncliyi həm ön, həm arxa cəbhənin qəhrəmanları olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dəmir yumruq kimi hər zaman birləşməyə hazır olub və bundan sonra da hazır olacaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniyadan Qəzzaya mesaj: “Sizi eşidirik, haqlı idiniz”
21:18 29.09.2026
Dünya
9 bələdiyyə sədri AKP-yə keçdi - Ərdoğan nişanlarını taxdı
21:03 29.09.2026
Gündəm
Digər stansiyalarda da pulsuz gediş tətbiq oluna bilər
20:58 29.09.2026
İnfrastruktur
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
20:50 29.09.2026
Hadisə
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region