Təyyarə misalı... - Kənan Novruzov yazır
Banuçiçək Kalbalıyeva
14:49 05.05.2021
Cəmiyyət
827
Ən azı bir dəfə təyyarəyə minən hər kəsə bu situasiya yaxşı tanışdır: havaya qalxmaq çətin olur. Sürətin qəfil dəyişməsi, qulaq deşən uğultu səsləri insanı narahat edir, stressə salır. Həyəcanına hakim kəsilə bilmirsən. Necə deyərlər, ürəyin ağzına gəlir. Kiçik pəncərədən çölə baxdıqca qorxun bir az da artır- tədricən yerdən uzaqlaşırsan.
...Amma başqa yolunun olmadığı da məlumdur: iradəni toplamalı, ehtimal edilən təhlükələrə hazır olmalısan. Odur ki, tutacaqlardan möhkəm yapışır, kresloya söykənirsən...
Təyyarə tədricən lazım olan yüksəkliyə qalxır. Qorxudan yumduğun gözünü açırsan. Rahatlayırsan. Ürəyində "Şükür, qorxduğum başıma gəlmədi" dəyirsən. Özünü göyün yeddinci qatında, lap, az qala, Tanrı qatında hiss edirsən. Aşağı baxırsan, hər şey ayağının altındadır, hər şey gözünə çox xırda görünür. Bir müddət əvvələdək gözünə dağ kimi gələn binalar indi nöqtə boydadırlar. Hətta, elə bilirsən ki, onların yerini də dəyişməyə, istədiyin kimi tənzimləməyə qadirsən.
Sonra bələdçilər yaxınlaşırlar. Səninlə təyyarədə sanki səndən başqa kimsə yox imiş davranırlar. Xoşuna gəlir, bayaq keçirdiyin narahatlığa görə özünü danlayırsan, utanırsan.
Səyahətin nə vaxtsa yekunlaşacağını adın kimi bilirsən. Amma özünü rahatlığa öyrəşdirməkdən də çəkinmirsən. Çünki təyyarənin sənin düşündüyündən də yüksək sürətlə hərəkət etdiyinə əminsən. Üstəgəl, daxili tərəddüdlərin pilotu maraqlandırmır.
... Arada bir az yatırsan. Oyananda səyahətin hələ bitmədiyini görüb sevinirsən. Stüardessalar istəklərinlə maraqlanır, sənin daha rahat olmağına çalışırlar. Etiraz etmirsən, kobud cavab vermirsən.
Vaxt ötdükcə hər şey daha gözəl olur, rahatlığa daha çox öyrəşirsən. Yenə də sonunun nə vaxtsa olacağını bilə- bilə səfərin daha uzun çəkməyini arzulayırsan.
... Pilotun qəfil xəbərdarlığı salonu bürüyür. Çaş- baş qalırsan. Nə olduğunu bilmirsən. "Həqiqətən, bura qədər imiş?" deyə öz- özünə düşünərkən bələdçilər yenə yaxınlaşırlar. "Kəmərlərinizi bağlayın, kreslonuzu düzəldin" deyirlər. Bayaqdan bəri üzlərindən təbəssüm əskik olmayanlar sanki indi ciddiləşiblər. Nəsə soruşmaq istəyirsən, ancaq bacarmırsan.
Saatlar əvvəl qulağını batıran uğultu yenə eşidilir: təyyarə yüksək sürətlə aşağı düşür. Hərdən bir qalxır, amma sonradan daha çox yaxınlaşır yerə.
İşçilər təhlükəsizlik qaydalarını izah edirlər. "Qəza halları baş verdikdə..." sözləri ilə başlayan cümlələr sanki səni yuxudan oyadır.
Səfərin ilk dəqiqələrində olduğu kimi, gözünü yumur, kreslonun tutacaqlarından yapışırsan. Gedib pilotun qulağına pıçıldamaq istəyirsən ki, nə olar, yenidən yuxarı qalx. Fəqət, bunun sənin istəyinlə olmayacağını bilirsən. Və belə düşüncələrlə ancaq özünü aldatdığını anlayırsan: hələ təyyarəyə bilet alanda hara, niyə getdiyini və səfərin müəyyən müddət çəkəcəyini bilirdin. Buna baxmayaraq, nəyəsə ümidlənirsən. Fikirlərinin pilotu, stüardessaları düşündürəcəyini güman edirsən. Ta ki, təyyarənin təkərləri yerə sürtülənədək. Yalnız onda anlayırsan: mənzil başına sağ çatdığına görə şükür etməli və ləngimədən təyyarədən çıxmalısan. Çünki səni gözləyənlər var...
Pilot hər şeyin yaxşı olduğunu və digər sərnişinlər kimi səni də növbəti səyahətdə görmək arzusunu ifadə edir. Deməyə söz tapmırsan. Sadəcə təbəssüm edirsən. Əlbəttə, gələcəkdə xeyli səfərlər olacaq. Amma nə həmin təyyarə, nə həmin pilot, nə də həmin stüardessalarla.
Pilləkənləri düşəndə dərk edirsən: lap istəyirsən dünyanın o başına get, hər səfərin bir sonu var. Daim özünü göyün yeddinci qatında hiss edə bilməzsən. Bu, sadəcə mümkün deyil...
P.S: Ötən günlərdə həmkarlardan biri ilə söhbətləşirdik, bir misal çəkdi və bu essenin yazılması üçün, bəlkə, özünün də xəbəri olmadan mənə ideya verdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət