Tibb müəssisələrimizə ağrı ilə gəlib, ağrı ilə də gedirlər... - İnsanları İrana aparan səbəb
Fidan Həmişəyeva
11:54 02.09.2019
Cəmiyyət
686
Zəlimxan Məmmədli:“ səhiyyəmizdə islahatlar yoxdur, özəl sektor himayə altındadır, dövlət səhiyyə sistemi isə çox pis vəziyyətdədir”
“Belə olan halda orta və kasıb təbəqələrimiz bu xidmətdən istifadə etməkdə çətinlik çəkir. Kredit alırlar, maşınlarını satırlar, sonra həmin kreditin altından çıxa bilmirlər. Bunun öz də bir dərd olur və əlavə xəstəlik qazanırlar”
Bu il müalicə üçün İrana 1.2 milyona yaxın azərbaycanlı üz tutub. 2019-cu ilin yanvar-iyul aylarında 3 milyon 115,1 min nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə səfər edib.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artıqdır. Ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi Gürcüstana, 17,7 faizi Rusiya Federasiyasına, 11,0 faizi Türkiyəyə, 5,4 faizi digər ölkələrə gedib. Başqa sözlə, Bu dövrdə İrana 1 177,5 min nəfər, Gürcüstana 875 min nəfər, Rusiyaya 551,4 min nəfər, Türkiyəyə isə 342,5 min nəfər azərbaycanlı səfər edib.
Statistik göstəricilərlə bağlı fikirlərini “Sherg.az”la bölüşən “Borçalı” İctimai Birliyinin sədri, həkim Zəlimxan Məmmədli söyləyib ki, bütün bunlar səhiyyə sistemimizdəki naqisliyin təzahürüdür.
Həkim qeyd edib ki, səhiyyəmizdə islahatlar yoxdur, özəl sektor himayə altındadır, dövlət səhiyyə sistemi isə çox pis vəziyyətdədir:
“Əhalinin əhəmiyyətli bir hissəsi özəl klinikalarda müasir müayinə metodlarından yararlanmaq üçün yaxşı maddi imkana malik deyil. Analizlər kifayət qədər bahadır və bir insan “Chek-up” müayinə üçün hər hansı klinikaya gedirsə, təxminən 500 manata qədər pul xərcləməlidir. Kasıb təbəqənin isə belə bir məbləği ödəməyə imkanı çatmır.
Hələ müayinələrdən sonra müvafiq müalicələr də var. Ona görə də hər kəs İrana üz tutur. Çünki İranda qiymətlər nisbətən ucuzdur. İnsanlarımız əziyyət çəkib gedirlər və ucuz qiymətə müayinə olunub daha az dərmanlarla, yüklənmədən müalicə prosedurları ala bilirlər. Sosial durumun yaratdığı təzahür burada mühüm rol oynayır”.
Z.Məmmədlinin fikrincə, 1.2 milyona yaxın azərbaycanlının İrana üz tutması utanc gətirici bir məqamdır:
“Demirəm ki, İranda səhiyyə sistemi idealdır. Hər halda Amerika sistemidir. Azərbaycanın öz nefti, qazı, intellektual imkanları kifayət qədər çoxdur. Təəsüf ki, səhiyyəmizdə öyünəcək hallarımız çox azdır. Bunu da islahatların olmaması ilə əlaqələndirirəm. Gürcüstanda icbari tibbi sığorta həyata keçirilir. Azərbaycanda isə hələ pilot layihələr hazırlayırlar.
Birmənalı şəkildə ölkəmizdə bu layihələr tətbiq olunmalıdır. Əhalinin əhəmiyyətli bir hissəsi dövlətin onun sağlığının yanında olmasına əmin olmalıdır. Belə olan təqdirdə xəsətələrimizin kənara gedişləri azalacaq və tibb personalımız işini daha yüksək səviyyədə görəcək”.
Həkim sözlərinə görə, özəl klinikların qiymət meyarları anormal və kifayət qədər soyğunçudur:
“Belə olan halda orta və kasıb təbəqələrimiz bu xidmətdən istifadə etməkdə çətinlik çəkir. Kredit alırlar, maşınlarını satırlar, sonra həmin kreditin altından çıxa bilmirlər. Bunun öz də bir dərd olur və əlavə xəstəlik qazanırlar.
Ona görə də səhiyyəmizdə ciddi şəkildə islahatlara ehtiyac var. Birinci olaraq Azərbaycan səhiyyəsi modernləşməlidir. Genetik və intellektual imkanlarımıza uyğun olaraq yüksək səviyyədə islahat aparılmalıdır ki, insanlarımız səhiyyə müəssisələrinə ağrı ilə gəlib gülə-gülə getsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm