"Turizm sektoru yeniliklərə hazır olmalıdır"
Yusif Nəzərli
09:06 19.11.2022
Cəmiyyət
954
Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü olub.
İki ölkə arasındakı qarşılıqlı fəaliyyətə dair mühüm məsələlərin geniş spektrdə müzakirəsi aparılıb.
Ölkə başçısı deyib ki, qarşılıqlı ticarətin həcmi pandemiyadan əvvəlki səviyyəyə çatır: “Əminəm ki, bu dinamizm qorunub saxlanacaq. Ona görə ki, bu gün, o cümlədən sizin səfəriniz çərçivəsində müzakirələr qarşılıqlı ticarət potensialını artırmağa şərait yaradacaq.Sizin səfəriniz ərəfəsində mən bəzi statistik məlumatlara baxmışam. Sevindim ki, aviareyslərin sayı sürətlə artır. Həftədə 130-dan çox reys var, yəni biz praktiki olaraq ən yüksək göstəriciyə nail olmuşuq və Rusiyadan turist axını da artır. Bu il təqribən 80 faiz artım olub. Əlbəttə, pandemiya ilə əlaqədar bu göstərici azalmışdı. Biz hələ pandemiyadan əvvəlki səviyyəyə çatmamışıq, lakin fikrimcə, çatacağıq. Ölkələrimiz arasında sıx dostluq əlaqələrini, bu il Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamə imzalanmasını və il ərzində münasibətlərimizin müttəfiqlik xarakterini dəfələrlə nümayiş etdirməyimizi, iqtisadi-ticari əməkdaşlığın gündəliyini xeyli genişləndirmək niyyətində olmağımızı nəzərə alaraq, düşünürəm ki, reyslərin sayı da artacaq".
İqtisadçı-ekspert Elçin Əliyev isə turizm sahəsində yenilik və dəyişikliklərin sürətlə baş verdiyini deyib. Onun sözlərinə görə, dünyada gedən bütün proseslər bu sahəyə öz təsirini dərhal göstərir: "Düzdür, bütün böhranlar yeni imkanlardır. Bu mənada regionda baş verən müharibə turizmə də öz təsirini göstərəcək. Ona görə də hazırkı vəziyyətdə turizm sektoru yeniliklərə hazır olmalıdır. Çeşidli təkliflər irəli sürülməlidir.
Turizm sektoru inkişaf etmiş bir çox yerlərdə əsas təsiredici amil Rusiya turistləridir. Rus turistlərinin bu ölkələrə getməsi həmin yerlərdə dayanıqlı turizm infrastrukturunun qurulmasında önəmli rol oynayıb".
İqtisadçının sözlərinə görə, Azərbaycan-Rusiya turizm münasibətləri artıq inkişaf dövrünü yaşayır: “Statistika da göstərir ki, ölkəmizə gələn turistlər arasında ruslar hər zaman üstünlük təşkil edib. Bu, illər öncə də belə idi, indi də. Eynilə yerli vətəndaşlar Rusiyaya səyahət etməkdə hər zaman maraqlı olublar. Rusiya vətəndaşlarının ölkəmizə maraq göstərməsi səbəblərindən biri Azərbaycanın təbiəti və buradakı sabitlikdir. Ümumiyyətlə, Azərbaycan rusiyalı turistlər üçün hər zaman maraqlı ölkə olub. Bu səbəbdən Rusiyadan Azərbaycana turist axınının artması gözləniləndir. Rusiyanın turizm şirkətləri üçün Azərbaycan çox əlverişli destinasiyadır. Azərbaycanda mətbəx turizmi, istirahət turları rusiyalı turistlərin marağına səbəb olur. Bu sahələr üzrə turistlərin qəbulu üçün ölkəmizdə bütün şərait var. Məhz bu səbəbdən də Azərbaycana çoxsaylı rusiyalı turistlərin gəlməsi təəccüblü deyil. Rusiyalı turistlər ən çox Naftalan, Qalaaltı kimi sağlamlıq turizminə axın edir. Pandemiyadan əvvəl də termal turizm növü üzrə Rusiyadan Azərbaycana çoxlu sayda qonaq gəlib. Həmçinin Bakı və Abşerona səyahətlərə, şərab marşrutlarına da Rusiyadan gələn turistlər maraq göstərirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm