Türk qızı 4 ildir yollardadır!
Yusif Nəzərli
21:24 30.01.2023
Cəmiyyət
574
“Bir dəfə ceyran qarşıma çıxıb, göz-gözə gəlmişik”
“Bir şeyi də bilirəm ki, TIR sürücülüyü nə qadına uyğundur, nə də evli, ailəli insanlara”
24 yaşlı Gülfəm əksəriyyət xanımların ağlına belə gətirmədiyi məslək sahibidir. Gülfəm Zəngib TIR sürücüsüdür. “Şərq” “Milliyet.com”a istinadən Gülfəmin TIR sürücülüyünə gətirib çıxaran həyat yolunu təqdim edir. Gülfəm Fransanın Lyon şəhərində anadan olub. Ailənin ilk övladı olan Gülfəmin 2 qardaşı var. Uşaqlıqdan avtomobil sürməyə marağı olub və sürücülük etməyi arzulayıb. Lakin ailəsi etiraz edib. Lakin Gülfəm özü pul qazanmaq və sevdiyi işlə mşğul olmaq arzusundan vaz keçməyib. “Atam, anam, xalam, nənəm, hər kəs mənə qarşı çıxdı.
Amma mən istədiyimə nail oldum”, söyləyən Gülfəm uzun məsafələrə TIR idarə etməyin çətinliklərindən də danışıb. Xanım sürücü deyib ki, bu məsləyin ən çətin xüsusiyyəti səbirli olmaqdır. Səbirli olmağı öyrəndinsə, işin yaxşı gedəcək, yolda rahat şəkildə avtomobil idarə edə biləcəksən. Digər çətinlik yuxusuzluqdur: “Bəzən gecə, bəzən gündüz fasiləsiz olaraq, saatlarla avtomobil idarə etməli olursan. Xəritədə göstərilən yollarla hərəkət etmək, çox çətindir. Yuxusuzluq da bir yandan sürücünü çox yorur. TIR sürücüsü olmaq həqiqətən çox çətin peşədir”.
Gülfəm yollarda başına maraqlı hadisələr gəldiyini deyib: “Bəzən yollarda hədsiz sıxlıq olur. Maşındakı yük də bir yandan hərəkəti çətinləşdirir. Gərək maşını yavaş-yavaş, ehtiyatla sürəsən. Yol bitmək bilmir, evə gecikirsən. Yolda qarşına nə çıxacağı da bəlli deyil. Bir dəfə ceyran qarşıma çıxıb. Göz-gözə gəlmişik. Bu, gözəl qarşılaşma idi. Amma pislər də olur. İspaniyada olanda, yanacaqdoldurma məntəqəsində maşını saxlamışam, önümdə, arxamda başqa maşınlar, amma məhz mənim maşınımın brezentini kəsib, malları, hətta yanacağımı da oğurlayıblar. Gülfəm “ən çox qorxduğum sükan arxasında olarkən oğurluğun baş verməsidir. Çox zaman kabinədən çıxmıram, sükan arxasındaca nahar edirəm, yuxulamamaq üçün dualar edirəm. Bu problem illərdir var”, - deyib.
2 ildir Gülfəm şəxsi şirkətini qurub və yoldaykən iş əlaqələri qurur, sifariş alır. TIR idarə edərkən mahnı oxumağı vərdiş halına gətirib. Mahnı oxuduqda özünü rahat hiss etdiyini, ruhən dincəldiyini deyir: “Sürücülük insan psixologiyasına ziyan verir. Gərək hər işdə səbirli olasan, təmkinini pozmayasan.
Amma bu, həmişə mümkün deyil. Elə hadisələr, yaxud insanlarla qarşılaşırsan ki, hisslərinə hakim ola bilmirsən. Çalışıram, dava-dalaş olmasın, xoşluqla yola verim. İndiyədək peşmanlıq keçirməmişəm. Əksinə, mücadilə apardığım üçün özümlə qürur duyuram”.
Gülfəm TIR sürücülüyünün başqa çətin tərəflərini də anladıb: “Əvvəla, onurğa sütununa ziyandır. 8-10 saat sükan arxasında əyləşmək, tez-tez yükləri yoxlamaq, yükün çəkisinə görə sürəti tənzimləmək ağır işdir. Hələ yollarda təmiz ayaqyolu tapa bilməmək, gömrükdə günlərlə gözləmək, sürətlə hərəkət edən minik avtomobillərinin yaratdığı təhlükəli durumlarla üz-üzə gəlmək işimizi çətinləşdirir. TIR-lar sürətlə hərəkət edə bilmir deyə, minik avtomobilləri bizi ötüb keçməyə çalışır, bu da ani qəzalara səbəb ola bilir. Bəzən avtomobillər TIR-ı ötüb keçməyə cəhd edir, əyləci qəfil basıb təhlükəli vəziyyət yaradırlar. Gülfəm yola hazır yeməklər götürdüyünü, hər hansı gözlənilməz vəziyyətə qarşı ehtiyatlı davranmağı da məsləhət görür: “Ola bilər elə bir yerə gedərsiniz, nahar etməyə uyğun məkan tapmazsınız. Yolda adətən sendviç alıram, ya da şorba içirəm. Həm də tədbirliyəm. Özümlə ərzaq da götürürəm. Maşında yeməkləri isitmək və nahar hazırlamaq üçün sobam var.
Düyü, makaron, vermişel, balıq konservi, kartof ehtiyatı görürəm. Qazanım, qab-qacağım da var”. Gülfəm idarə etdiyi avtomobilin hissələrini söküb-yığmağı, mühərriki dəyişdirməyi, mühərrikin yağına, suyuna nəzarət etməyi, təkərləri dəyişdirməyi də bacarır:
“4 ildir yollardayam. Bunları mənə təcrübə öyrədib. Bir şeyi də bilirəm ki, TIR sürücülüyü nə qadına uyğundur, nə də evli, ailəli insanlara”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm