Türkiyədə sənədsiz yaşayan üçüncü nəsil azərbaycanlılar böyüyür
Yusif Nəzərli
21:20 12.05.2022
Cəmiyyət
648
Öləndə də kimsəsizlər məzarlığında üst-üstə basdırılırlar
"Türkiyədə qeydiyyata düşməyən azərbaycanlıların hüquq və mənafelərini qorumaq mümkünsüz bir haldır"
Türkiyədə yaşayan həmyerlimiz yazar Şəbnəm Bəkirzadə (Qarslı) qardaş ölkədə qaçaq yaşayan azərbaycanlıların problemindən yazıb.
“92-də işləməyə gələn ailə, sənədlərinin vaxtı bitdikdən sonra qaçaq yaşamağa davam edirlər. Qızları sənədsiz olduğu üçün imam nikahı ilə ərə gedir, doğduğu uşaqların da sənədi yoxdur. İndi o uşaqlar da sənədsiz evlənir, uşaq dünyaya gətirirlər. Sənədsiz dördüncü nəsil... Öləndə də kimsəsizlər məzarlığında üst-üstə basdırılırlar. Yox olan insanlarımız. Bəlkə içlərində neçə-neçə istedadlar, elmə, texnologiyaya xidmət edəcək insanlar məhv olur. Bunun sonu olmalıdır, bu qədər olmaz artıq...”
Bu məsələnin bir neçə illərdir aktual olaraq qaldığını vurğulayan miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənovun “Şərq”ə açıqlamasına görə, İstanbulda elə məhəllələr var ki, Türkiyədə qeyri-qanuni əsaslarla yaşayan həmyerlilərimiz orada kompakt şəkildə məskunlaşıb.
Məhz bu məhəllələrdə artıq sənədsiz yaşayan ikinci, üçüncü nəsil böyüyür: “Qaçaq yaşadıqları üçün uşaqları təhsil ala bilmir, özləri qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olurlar və ən əsası Türkiyə cəmiyyətinə inteqrasiyadan məhrum qalırlar. Əslində Türkiyə hökumətinin ərazisində qeyri-qanuni şərtlərlə yaşayan şəxslərə qarşı daha sərt cəza tədbirlərinin həyata keçirilməsi gözlənilən haldır. Amma görünür, qardaş ölkə azərbaycanlı miqrantlara qarşı nisbətən loyal münasibət sərgiləyir. Bizim üçün hardasa bu, təqdirəlayiq hal kimi dəyərləndirilə bilər. Amma orada sənədsiz yaşayan şəxslər və Türkiyə hökuməti üçün bu, başağrısı yaradan bir məsələdir.
Türkiyədə qeydiyyata düşməyən azərbaycanlıların hüquq və mənafelərini qorumaq mümkünsüz bir haldır”.
Ekspertin sözlərinə görə, bir neçə il əvvəl Türkiyədə sənədsiz yaşayan azərbaycanlıların problemləri ciddi müzakirə obyektinə çevrildi və həlli istiqamətində real addımlar atılmağa başlandı: “O zamanlar 50 minə yaxın azərbaycanlının Türkiyədə qeyri-qanuni yaşadığını iddia edən hesabatlar yayılmışdı. Həmin vaxtlar bizim diplomatik qruplar azərbaycanlıların kompakt yaşadığı bölgələrə, məhəllələrə gedib həmyerlilərimizlə görüşüb onların maarifləndirilməsinə yönəlik tədbirlər keçirdilər. Amma son nəticədə məlum oldu ki, soydaşlarımız üçün Türkiyədə qaçaq yaşamaq daha rahatdır. Diplomatik nümayəndəliklərin səyinə rəğmən sənədsiz azərbaycanlılar öz statuslarını leqallaşdırmaq istəmədilər. Çünki bu zaman həmin şəxslərin dövlət qarşısında müəyyən öhdəlikləri yaranacaqdı. Onlar məhz bu məsuliyyətdən yayınmaq üçün qeyri-leqal həyat yaşamağa üstünlük verirlər. Hesab edirlər ki, sənədlərini qaydaya salıb qeydiyyata düşdükdən sonra onların Türkiyədə qarşılaşdıqları problemlər qeyri-leqal yaşadıqları zamanı üzləşdikləri problemlərdən daha çox olacaq. Əslində isə belə deyil”.
A.Allahverənovun sözlərinə görə, aidiyyəti qurumlar, diaspora təşkilatları və Türkiyədə qeyri-qanuni əsaslarla yaşayan miqrantların statuslarının leqallaşdırılması ilə məşğul olan beynəlxalq təşkilatlar vahid platforma yaradaraq qeydiyyatsız yaşayan şəxslərin aşkar olunması və onların qeydiyyata alınması ilə bağlı tədbirlərin birgə keçirilməsinə nail olmalıdırlar. Bəzi stimullaşdırıcı amillərlə onları statuslarını leqallaşdırmaya razı salmaq olar.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya