Vətəndaşlar rəğbətlə qarşılayacaq
Yusif Nəzərli
07:48 26.01.2022
Cəmiyyət
884
Müvəqqəti qeydiyyatın ləğv edilməsi bir çox problemləri həll edəcək
Vətəndaşların müvəqqəti qeydiyyatı ləğv edilib. Maraqlıdır, səbəb nədir? Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məqsəd mövcud pərakəndəliyi aradan qaldırmaqdır: "Qeydiyyatda olan şəxslər barədə hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə-boşanma və ya digər məsələlərlə bağlı polis orqanlarına sorğular daxil olur. Bununla bağlı bəzi neqativ hallar müşahidə olunub. Müvəqqəti qeydiyyatda olan şəxsləri lazım olanda tapmaq çətinliyi yaranıb. Hazırda görülən tədbirlərin məqsədi bu cür neqativ halların qarşısının alınması, bu istiqamətdə nizam-intizamın yaradılmasıdır.
Heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis orqanına müraciət edib, yaşayış ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər".
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Şərq"ə açıqlamasında bildirib ki, müvəqqəti qeydiyyat məsələləri dövlət qanunvericiliyi ilə tənzimlənir:
"Amma müşahidələrə əsasən demək olar ki, insanlar qanunvericiliyin tələblərinə uyğun, yaşadığı yer üzrə qeydiyyata düşməyirlər. Yaxud da yaşayış yerini dəyişirlər. Qaydaya müvafiq yerli hüquq-mühafizə orqanlarına müraciət edərək müvəqqəti yaşama icazəsi əldə edilməlidir. Təəssüf ki, bundan çox istifadə edilmir. Az faiz nisbəti ilə vətəndaşlarımız həmin qanunun qaydalarına uyğun qeydiyyata düşürlər. Azərbaycan urbanizasiyanın inkişafı yüksək olan dövlət hesab olunur. Yəni ölkəmizdə kəndlərdən şəhərlərə axın kifayət qədər çoxluq təşkil edir.
Əvvəlki illərdə bu mənada daha çox artım görünüb. Amma bundan sonra geriyə dönüş prosesi baş verir. Kəndlilərlə şəhərlilər arasında bir növ daxili miqrasiya mübadiləsi mövcud idi. İnsanlar qeydiyyat üçün hüquq-mühafizə orqanlarına üz tutaraq ev sahibi ilə müvafiq yolla müqavilə bağlayıblar.
Lakin reallıqdır ki, iki-üç həftəlik, bir aylıq gəlirlərsə, müvəqqəti qeydiyyata düşməyiblər. Bundan başqa, digər məsələlər də var ki, dövlət qurumları üçün də problemlər yaradır. Şəxsin dövlət qarşısında hər hansı öhdəliyi varsa, ən optimal yol mövcud resurslardan istifadə edərək onu tapmaqdır. Hazırda mobil rabitə sistemi kifayət qədər inkişaf edib. İndiki informasiya dönəmində insanla operativ əlaqə qurmaq mümkündür. Bu gün əksər vətəndaşların sosial şəbəkə hesabları var. Hətta bir neçə platformada şəxslə bağlı informasiyalar mövcud olur. Müvəqqəti qeydiyyatın ləğv edilməsi müəyyən mənada vətəndaşların rəğbətlə qarşılayacağı bir məsələ olacaq.
Bəzi müşahidələr və keçirilən daxili miqrasiya ilə bağlı görüşlərdə vətəndaşların bizə hər zaman dediyi fikirlərindən biri məhz budur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm