Vətəndaşlar sığorta şirkətləri tərəfindən get-gələ salınır
Vətəndaşlar sığorta şirkətləri tərəfindən get-gələ salınır
Yusif Nəzərli
13:04 14.06.2023
Cəmiyyət
468
Odur ki, şirkəti seçən zaman diqqətli olmaq lazımdır
Mərkəzi Bank tərəfindən may ayının sonunadək əldə edilmiş məlumatlar əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə "şikayət indeksi" açıqlanıb.
Bankdan verilən məlumata görə, ən çox şikayət olunan şirkətlər arasında "AzSığorta" ASC, "Atəşgah Sığorta" ASC, "İpək Yolu Sığorta" ASC ilk üçlükdədir.
Qeyd edək ki, "AzSığorta" ASC-nin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi 11 sentyabr 2022-ci il tarixindәn mәhdudlaşdırılıb. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. Bu sәbәbdәn mövcud müqavilәlәr qüvvәsindә qaldığı müddәtdә Şirkәt üzrә şikayәt indeksinin hesablanması aparılacaqdır.
"Naxçıvansığorta" ASC üzrә isə indeks Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanıb.
"İpək Yolu Sığorta" ASC-nin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi 24 yanvar 2023-cü il tarixindәn mәhdudlaşdırılıb. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. Bu sәbәbdәn mövcud müqavilәlәr qüvvәsindә qaldığı müddәtdә Şirkәt üzrә şikayәt indeksinin hesablanması aparılacaq.
Hüquqşünas Əkrəm Həsənovun “Sherg.az”a açıqlamasına görə, sürücülər bəzi sığorta şirkətlərinin qəza zamanı onların sığortalarının vaxtında ödənməməsi və digər bu kimi problemləri daha çox dilə gətirirlər: “Sığorta şirkətləri ilə müştərilər arasında yaranan mübahisəli halların çoxu zərərin məbləği ilə əlaqədardır. Vətəndaşlar şirkətlər tərəfindən get-gələ salınırlar. Odur ki, sığorta şirkəti seçən zaman da bu kimi problemlərlə qarşılaşmamaq üçün diqqətli olmaq lazımdır.
Çox təəssüf ki, ölkəmizdə müştərək sığorta növü yoxdur. Bizdə yalnız kommersiya sığorta şirkətləri və sığorta növü mövcuddur. İnkişaf etmiş ölkələrdə sığortanın təkcə bir növü deyil, həmçinin müştərək sığorta da var.
Yaxşı olar ki, Azərbaycanda müştərək sığorta modeli tətbiq olunsun və bu, kommersiya sığortasından bir çox xüsusiyyətinə görə fərqlənir. Kommersiyada siz avtomobilinizi sığorta şirkətinə illik müəyyən haqq verməklə sığortalayırsınız. İl ərzində hər hansısa sığorta hadisəsi baş verməsə, sizin pulunuz sığorta şirkətinin sahibinin cibinə gedir. Bu da ona səbəb olur ki, sığorta şirkətləri sığorta hadisəsini tanıyıb vəsaiti ödəməkdən yayınır. Çünki gəlirindən olur. Ona görə də bütün bu cür neqativ hallar yaranır. Mərkəzi Bank bu proseslərə düzgün nəzarət etsəydi, bu cür olmazdı”.
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya