
Yüzlərlə münaqişəli ailələri barışdırmaq olar
Yusif Nəzərli
11:36 18.05.2022
Cəmiyyət
384
İnsanlara Mediasiya İnstitutunun gərəkliliyini, fəlsəfəsini anlatmaq lazımdır
Bakıda 15 saylı mediasiya təşkilatı yaradılıb. Fəaliyyətə başlayan müəssisə İçərişəhərdə yerləşir. Ofis beynəlxalq mediasiya təcrübəsinə uyğun olaraq formalaşdırılıb. Mübahisə tərəflərinin aralarındakı münaqişənin səviyyəsinin azaldılması və barışıq imkanlarının əldə olunması üçün müvafiq maarifləndirici elanlar və broşürlər ilə təmin edilib. Mediasiya sessiyalarının keçirildiyi iclas otaqları mediasiyanın bərabərliyi və məxfiliyi prinsipinə uyğun, xüsusi dizaynla hazırlanıb.

"Konstitutsiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, mediasiya təşkilatının yaradılmasını əlbəttə ki, Mediasiya İnstitutunun qarşısına qoyduğu vəzifələrin icrası istiqamətində atılan addımlardan biri kimi qiymətləndirmək olar:
"Mediasiya İnstitutu varsa, eyni zamanda mediasiya prosesini həyata keçirən təşkilatların da olması gərəklidir. Bu təşkilatlar imkan daxilində nə qədər çoxsaylı, genişmiqyaslı olacaqsa, Mediasiya İnstitutunun marağı da bir o qədər artacaq. Mediasiya İnstitutunu cəmiyyət birmənalı qarşılamadı. Hələ insanlara bu institutun fəlsəfəsi yetərli qədər məlum deyil. Onlara institutun əhəmiyyətini çatdırmaq lazımdır. Mediasiya İnstitutu məhkəməyə qədər bir çox mübahisələrin həllində çox mühüm alətlərdən biri sayılır. Eyni zamanda vətəndaşlarımıza vaxtına qənaət etmək imkanı verir. Onları əlavə xərclərdən xilas edir. Məlum olduğu kimi, məhkəmə uzunmüddətli bir prosesdir və oradakı qərarlar qanuna əsasən qəbul olunur. Mediasiya İnstitutunun tətbiqi zamanı isə tərəflərin maraqları, bir-biri ilə uzlaşması gözlənilir. Məhkəmənin əsas prioriteti münasibətlər sisteminin tənzimlənməsi məsələsi deyil, qanunun düzgün tətbiq edilməsidir. Amma İnstitutun mediasiya prosesini reallaşdırması münaqişəli tərəflər arasında münasibətlərin qorunub, saxlanması, məsələnin sülh yolu ilə həllinə gətirib, çıxarır. Sadəcə, işin məğzi vətəndaşlarımıza çatdırılmayıb. Ona görə də insanlar Mediasiya İnstitutunun tətbiqinə əlavə xərc kimi baxırlar. İnsanların təşkilatlarla tanışlığı üçün zamana ehtiyac var. İnstitutun mediatorları özlərinin peşəkarlığını sübut edib, göstərməlidirlər".
Hüquqşünas diqqətə çatdırıb ki, dünyada cütlüklər arasında mübahisələrin miqyası həm milli, həm də məişət səviyyəsində getdikcə daha da genişlənir:
"Ona görə də bu münaqişələrin həlli istiqamətində də cəmiyyət öz töhfəsini verməlidir. Çünki Mediasiya İnstitutu Azərbaycanda həm də məhkəməyə qədər münaqişələrin yoluna qoyulmasına yön verən bir elmi-tədqiqat idarəsinə çevrilə bilər. Ölkəmizdə bunun üçün yaxşı imkanlar, bacarıqlı mediatorlar var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət