Zallar açıldı, idmançılarda passivlik var
01:46 15.06.2021
Cəmiyyət
497
Onların əvvəlki vəziyyətinə qayıtması üçün 5-6 ay vaxt lazımdır
Bildiyimiz kimi, koronavirus pandemiyasının yayılması ilə ölkəmizdə bir çox yerlər bağlandı. Daha sonra mərhələli şəkildə yumşaldılma tədbirləri çərçivəsində bir çox məkanlar, iaşə obyektləri açıldı. Əlbəttə, açılmayan məkanlar da oldu ki, bunlardan biri də idman zalları idi. Nəhayət ki, bütün idmansevərlərin gözlədiyi kimi, idman zallarının da açılışına icazə verildi. Bir müddətdir idmandan kənar qalmış idmançıların durumu hansı vəziyyətdədir?
Kunqfu üzrə dünya və Avropa çempionu, qadınlardan ibarət milli komandanın baş məşqçisi Anar Süleymanov "Şərq"ə açıqlamasında bildirib ki, hazırda əsas məqsədlərdən biri idmançıların reabilitasiya müddəti, onlarda yenidən ruh yüksəkliyinin yaradılmasıdır. O qeyd edib ki, idmana yenidən kütləvi axının bərpa edilməsi çox vacibdir:
"Bunun üçün isə nazirlik tərəfindən yeni layihələrin təşkil olunmasına ehtiyac var. Təbii ki, bu barədə ilk növbədə mütəxəssislərlə geniş müzakirələr aparılmalı və ortaq nəticəyə gəlinməlidir. Çünki idmançılarımız uzun müddətdir ki, idmandan kənarda qalıblar. Onların tam formalaşması üçün 5-6 ay vaxt lazımdır. Təbii ki, hardasa idmançılarımızda passivlik müşahidə olunur. Bu da təbiidir, çünki bir ildən çoxdur ki, idmançılarımız peşəkar məşqdən tam kənarda qalıblar. Hesab edirəm ki, bunun tam bərpası üçün ən müasir və alternativ üsullardan istifadə ediləcək. Ümid edirəm ki, tez bir zamanda hər şey əvvəlki qaydasına düşəcək və idmançılarımız formalarını bərpa edəcəklər".
Əməkdar idman ustası, cüdo üzrə milli komandanın baş məşqçisi Ramin İbrahimov isə "Şərq"ə açıqlamasında bildirib ki, idman zalları açılsa da, hazırda bir çox problemlər mövcuddur: "İlk olaraq qeyd edim ki, pandemiya dövründə də məşqlərimizi davam etdirirdik. Həmçinin, təlim məşq toplantılarımız da olurdu. Ancaq ev məşqlərində bir sıra çətinliklərimiz olurdu. Sevindirici haldır ki, artıq idman zalları açıldı və biz sərbəst məşqlərimizi edə biləcəyik. Təbii ki, idmançılarımız indi də bir çox problemlərlə üz-üzədir. İdmançılarımız arasında vaksin vurdurmayanlar, allergiyası olanlar var. Həmçinin, bədənində antitel çox olanlar var ki, onlara vaksin vurdurmaq olmaz. Bildiyimiz kimi, idmançılarımızın pasportları olmalıdır ki, onlar zala girə bilsinlər. Təbii ki, bu da idmançılara çətinliklər törədir. İnanıram ki, bu çətinliklərin öhdəsindən gələcəyik. Artıq paralimpiya oyunlarına çox az müddət qalıb. Ümid edirəm ki, oyunlara yaxşı hazırlaşacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə