2026-cı il 9 noyabr tarixində 8 Noyabr – Zəfər Günü münasibətilə “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin və Psixologiya Elmi-Tədqiqat İnstitutunun nümayəndələri Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin sədr müavini, f.ü.f.d. Elnur Rüstəmovun iştirakı ilə Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini yad etmək məqsədilə II Fəxri xiyabanı ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub, onların Vətən qarşısında göstərdikləri misilsiz fədakarlıq və qəhrəmanlıq bir daha dərin ehtiramla yad edilib.
Ziyarət iştirakçıları xalqımızı Zəfər Günü münasibətilə təbrik edib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə sağlamlıq, xalqımıza isə daim sülh və əmin-amanlıq arzulayıblar.







