Zəmanə uşaqları və ya zamanın melodiyası...
Yusif Nəzərli
16:06 17.06.2023
Cəmiyyət
442
Bir yerdə ki şagirdlər kriminal avtoritetə həsr olunmuş mahnıya oynayır, təhsilimizin səviyyəsinin əlavə izaha ehtiyacı qalmır
“Məsələ, sadəcə bundadır ki, bu cür mahnılar təhsil ocağına ayaq açıb. Bu o deməkdir ki, şagirdlər təhsilə, təlim-tərbiyə sisteminə uyğunlaşmayıblar, təhsili, təlim-tərbiyəni özlərinə uyğunlaşdırıblar”
Builki “Son zəng” də əvvəlkilərdən fərqlənmədi. Nizam-intizamlı, nümunəvi tədbirlərlə məktəbə əlvida deyənlərlə yanaşı, ürəyi istədiyi kimi, “sümüyünə düşən” mahnılar oxuyub, oynayanlar da oldu. Kriminal məzmunlu mahnılar da yenə səsləndi. Məktəblilərin “Son zəng” günü kriminal avtoritet "Zobik Gəncinski" ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnını oxuyaraq oynadıqlarını əks etdirən görüntülərin sosial şəbəkədə yayılmasıyla təhsilimiz növbəti dəfə hədəfə alınıb. "Tehsil.biz"in məlumatına görə, görüntülər Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə lentə alınıb. Təhsil ocağında "Son zəng" tədbiri zamanı çəkilən video narazılığa səbəb olub. Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, sosial şəbəkədəki görüntülərlə bağlı araşdırma aparılır, ətraflı məlumat veriləcək.
Orta məktəbdə "Son zəng" tədbirində kriminal mahnının səsləndirilməsi məsələsi Milli Məclisdə də qaldırılıb. Deputat Naqif Həmzəyev bu hadisədən narahatlığını ifadə edib. O qeyd edib ki, Elm və Təhsil Nazirliyi, digər aidiyyəti qurumlar məsələ ilə bağlı araşdırma aparmalıdır. “Kriminal mahnılara orta məktəbdə necə yer verilə bilər? Konkret qurumlar bu məsələni nəzarətə götürməlidir”, - deyə deputat bildirib.
Qeyd edək ki, “Son zəng” tədbirində kriminal məzmunlu mahnının səsləndirilməsi və şagirdlərin bu mahnının sədaları altında rəqs etməsinə münasibət heç də birmənalı mənfi deyil. Hətta uşaqları müdafiə edənlər də var. Misal üçün;
Naz Məmmədova yazır: O qədər müzakirə olunası ciddi şeylər var ki...
Afaq Hüseynova: Burada qəbahət nə var? Birdəfəlik bu mahnını qanunla qadağan etsinlər! Bu mahnını bütün məktəblər çalıb, oynayıb. Qadağan edilsin yayımı, bu başqa məsələ. Məzunlara nə qədər psixoloji stress yaşatmısınız iki gündür. Bu məzunların arasında ağıllı, çox tərbiyəli, savadlı uşaqlar var.
Peyman Nəhmətov: Gərək hansisa səviyyədən kənar xarici mahnı oynasınlar?!
Qalib Abışov: Nə araşdırma aparacaqlar ki? Musiqi gözəl bəstələnib, uşaqlar da oynayır də. Neyləsinlər, Gəncədə “Barı Naxçıvan” mahnısı oynasınlar, ya “Bakılı balasıyam?!”.
Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, son 3 ildə belə hallar çox artıb və bunun köklü səbəbləri var:
- Birincisi, təhsildə nəzarətsizlik hökm sürür. İkincisi, təhsil alanların böyük əksəriyyəti zamanlarının, vaxtlarının böyük hissəsini internet resurslarda keçriirlər. Müxtəlif, o cümlədən kriminal məzmunlu videolar izləyir, mahnılar dinləyirlər, paylaşımlar edirlər. İnternet resurslarda da məhz kriminal məzmunlu informasiyalar, kriminal avtoritetlər barədə məlumatlar, bayağı mahnılar, məzmununda zorakılıq daşıyan videolar geniş yayılıb. Ailədə uşaqlara nəzarət zəifdir, təhsilə də nəzarət yoxdur. Xatırlayırsınız, Novruz bayramı şənliyində Azərbaycan Neft və Sənaye Universiteti tələbələrinin kriminal avtoritetə həsr olunmuş mahnını bir ağızdan oxumaları və mahnının sədaları altında rəqs etmələri videosu da yayılmışdı. Bu, əyləncə deyildi, biabırçılıq idi. Bir yerdə ki ali məktəb tələbələri də, orta məktəb şagirdləri də kriminal avtoritetə həsr olunmuş mahnıya oynayır, təhsilimizin səviyyəsinin əlavə izaha ehtiyacı qalmır. Uşaq da, gənc də, xoşu gələn, ürəyinə yatan mahnını ifa edə bilər, rəqs də edər. Küçə musiqisi, tin mahnıları, “vorovskoy” mahnılar bütün dövrlərdə olub. Məsələ, sadəcə bundadır ki, bu cür mahnılar təhsil ocağına ayaq açıb. Bu o deməkdir ki, şagirdlər təhsilə, təlim-tərbiyə sisteminə uyğunlaşmayıblar, təhsili, təlim-tərbiyəni özlərinə uyğunlaşdırıblar, təhsil onlara təsir etmir, onlar təhsilə təsir edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə