Xocalıda daha iki şəxsə aid qalıqlar aşkarlanıb
Yusif Nəzərli
10:21 31.03.2024
Hadisə
353
Hazırda Xocalı soyqırımı qurbanlarının sümüklərinin aşkarlandığı yerdən daha iki nəfərə məxsus olduğu ehtimal edilən qalıqlar var.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, hazırda ərazidə qazıntı işləri davam etdirilir. Tapıntısına rast gəlinən hər iki şəxsin sümükləri qablaşdırılaraq, Bakıya Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndəriləcək: “Qazıntı işlərinə bu gün başlanılıb. Hələ ki, bir şəxsə məxsus sümük qalıqları aşkar olunub. Qazıntının divarının o biri tərəfində isə sümük qalıqlarının ucları görünür. Orda da ən azı yəqin ki, ikinci şəxsin qalıqları var. Hazırda işlər davam etdiriləcək. Burda neçə şəxsə məxsus sümük qalıqları var. Məhkəmə tibbi ekspertləri burdadır, işləyirlər. Yaşı, cinsi, boyu, ölüm səbəbi, sümüklərdə hansı xəsarətlər var, varsa, hansı alətlərlə törədilib, bunlar aydınlaşdırılacaq. Sonda da sümüklərdən nümunələr götürüləcək və genetik laboratoriyalarda onların kimliyi müəyyənləşdiriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm