
90 yaşlı qadının qarnından 11 kiloqramlıq şiş çıxarılıb
10:50 10.03.2025
Sağlamlıq
632
Türkiyənin İzmir şəhərində 90 yaşlı xəstənin yaşı və səhhətindəki problemlərə baxmayaraq, uğurlu əməliyyatla qarnından təxminən 11 kiloqramlıq şiş çıxarılıb.
Sherg.azxəbər verir ki, Karabağlar rayonunda yaşayan, 6 uşaq və 20 nəvəsi olan Şerife Demirkıran keçən il şiddətli qarın ağrısı şikayətləri ilə xəstəxanaya müraciət etmişdi.
Qadının qarnında kütlə diaqnozu qoyulub və dərman qəbul etməyə başlayıb, lakin kütlə sürətlə böyüməyə davam edib. Nəfəs almaqda çətinlik çəkən 90 yaşlı xəstə ötən ay İzmir Atatürk Təhsil və Araşdırma xəstəxanasına müraciət edib.
Ümumi cərrahiyyə mütəxəssisi Prof. Dr. Osman Nuri Dilek, xəstənin yaşı, ürək və təzyiqlə bağlı xəstəliklərə görə əməliyyatın çox riskli olduğunu, lakin əməliyyat edilmədikdə həyati təhlükənin də olduğunu müəyyən edib.

Dilek xəstənin və yaxınlarının razılığı ilə riskli əməliyyata qərar verib. İki saat davam edən əməliyyatda Demirkıranın qarnını əhatə edən təxminən 11 kiloqram ağırlığında və 30 santimetr enində olan kütlə çıxarılıb.
Sağlamlığını bərpa edən xəstə evə buraxılıb.
Şerife Demirkıran jurnalistlərə sağaldığı üçün xoşbəxt olduğunu deyib.
Ağrıları səbəbindən çətin günlər keçirdiyini bildirən Demirkıran həkimlərinə təşəkkür edib.
Dəmirkıranın qızı Məcnun Çınar da anasının sağalmasından xoşbəxt olduğunu bildirib.
Əməliyyatı aparan Prof. Dr. Nuri Dilek xəstəxanaya gələndə Demirkıran üçün ölüm təhlükəsi olduğunu da bildirib.
Bu prosesdə tez qərarlar vermənin vacib olduğunu qeyd edən Dilek, "Əvvəlcə əməliyyat çox riskli olduğu üçün həyata keçirilə bilmədi. Bizə son gələndə bunu qiymətləndirdik. Riskləri çox yüksək idi. Ürəyinə görə də vəziyyəti pis idi. Əvvəlcə əməliyyat etməkdən qorxurduq. Amma xəstənin şikayətləri artdığı üçün qərar verməli olduq, çünki əməliyyatı aparmasaq, vəziyyəti daha da ağırlaşacaqdı" deyə bildirib
Kütlənin mədənin xarici divarından qaynaqlandığını gördüklərini ifadə edən Dilek, daha sonra deyib:
"Təxminən 11 kilo 30 santimetr böyüklüyündə, bütün qarın boşluğunu dolduran bir kütlə idi. Şişi çıxardıq, xəstəmizi üçüncü gün reanimasiyadan çıxartdıq. Vəziyyəti yaxşıdır. Ağızdan qidalanır, yeriyir, hərəkət edir. Bu yaşda ikinci baharını yaşayacaq. Həm də xəstəni qəbul etmək çox çətin idi. Onun yeganə şansı əməliyyat oldu, amma şükürlər olsun ki, xəstəmiz sağaldı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual