Rusiya və ABŞ nümayəndələri martın 24-də Ər-Riyadda görüşəcək
Yusif Nəzərli
13:12 20.03.2025
Dünya
324
Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar martın 24-də Ər-Riyadda baş tutacaq. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, ekspert qrupunun məsləhətləşmələrində nümayəndə heyətinə senator Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.
"ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts dünən aramızdakı telefon danışığı barədə məlumat verib. Mən təsdiq etmək istərdim ki, belə bir söhbət həqiqətən də olub. Uolts və mən müntəzəm olaraq telefonla danışırıq. Deyərdim ki, bu ünsiyyət hər iki tərəf üçün çox faydalıdır.
Bu dəfə Rusiya və ABŞ prezidentləri arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, biz iki ölkənin ekspert qruplarının görüşünün keçirilməsi məsələsini müzakirə etdik, ilkin olaraq Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı məlum təşəbbüsün mümkün həyata keçirilməsi perspektivlərini işləyib hazırladıq. Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, 2022-ci ilin iyulunda BMT-nin Baş katibi Antonio Quterreşin yardımı və iştirakı ilə müvafiq paket sazişləri bağlanıb, lakin bu sazişlər heç vaxt tam qüvvəyə minməyib.
Biz cənab Uolts ilə razılaşdıq ki, bu məsələ ilə bağlı ikitərəfli formatda məsləhətləşmələr prezidentlər tərəfindən təyin olunan ekspertlər tərəfindən aparılacaq. Bu məsləhətləşmələr bazar ertəsi, martın 24-də Ər-Riyadda baş tutacaq. Danışıqlarda Rusiya tərəfdən Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda iştirak edəcək. Bunlar beynəlxalq məsələləri yaxşı başa düşən həqiqətən təcrübəli danışıqlarçılardır. Ümid edirik ki, bazar ertəsi keçiriləcək məsləhətləşmələr məhsuldar olacaq", deyə Putinin köməkçisi qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya