Köçəryan: Artıq bundan imtina edə bilmərik

“ABŞ, Azərbaycan və Ermənistan arasında imzalanmış sənədlərdən imtina etmək çətindir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan keçmiş prezidenti Robert Köçəryan bildirib.
“Vaşinqton sənədinə gəlincə, ABŞ elə ölkə deyil ki, siz onunla sənəd imzalayasınız və 2-6 aydan sonra onu ləğv edəsiniz, deyəsiniz ki, biz bunu qəbul etmirik. Bu, kifayət qədər çətindir”, - o qeyd edib.