Analitik: "Gürcüstanın xarici siyasəti yeni mərhələyə qədəm qoyur"
10:46 03.09.2025
Cənubi Qafqaz
433
"Tbilisi ABŞ və Aİ ilə yaxınlaşaraq Rusiyanın təsir imkanlarını minimuma endirməyə çalışır"
"Cəmiyyətdə Avropa seçiminə dəstək yüksəkdir"
"Son aylarda Gürcüstanın xarici siyasətində yeni konturlar getdikcə daha aydın görünməyə başlayır. Tbilisi həm ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə, həm də Avropa İttifaqı ilə inteqrasiyanı sürətləndirməyə çalışır".
Bunu Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib.
Siyasi şərhçi bildirib ki, bu kurs ölkənin suverenliyi və təhlükəsizliyi üçün prioritet istiqamət kimi təqdim olunur:
"ABŞ ilə münasibətlərin yenidən qurulması tendensiyasını görürük. Gürcüstan rəhbərliyi Vaşinqtonla münasibətlərin zəifləmiş dinamikasını bərpa etməyə xüsusi önəm verir. Prezident Kavelaşvili tərəfindən ABŞ administrasiyasına ünvanlanan müraciətdə Gürcüstana diqqətin artırılmasının vacibliyi vurğulanır. Dövlət başçısı bildirir ki, strateji tərəfdaşlığın gücləndirilməsi ölkənin əsas prioritetlərindən biridir. Baş nazir Kobaxidze də ABŞ-nin Gürcüstana münasibətdə siyasətini yenidən nəzərdən keçirəcəyinə ümid etdiyini bəyan edib. 2008-ci il müharibəsi və Abxaziya ilə Cənubi Osetiyanın işğalı Gürcüstanın Rusiya ilə münasibətlərini əsaslı şəkildə zədələsə də, Rusiya gürcüstanı ram etmək üçün resuslar əldə edə bilmişdi".
Ekspert vurğulayıb ki, son illərdə Moskva ilə formal dialoq saxlanılsa da, Gürcüstan cəmiyyətində Rusiyadan asılılığın azaldılması və suveren kursun möhkəmləndirilməsi tələbi daha da güclənib:
"Hazırda Tbilisi ABŞ və Aİ ilə yaxınlaşma yolu ilə Rusiyanın təsir imkanlarını minimuma endirməyə çalışır. Bu isə Kremlin Cənubi Qafqaz siyasətinin getdikcə iflasa uğraması ilə nəticələnir. Gürcüstanın Aİ ilə assosiasiya sazişi mövcuddur, vizasız rejimdən faydalanır. Ötən ay Avropa İttifaqı Gürcüstana Rusiya ilə münasibətlərin davam edəcəyi təqdirdə vizasız gediş gəliş rejiminin ləğv edilə biləcəyi ilə bağlı xəbərdarlıq edilmişdi. Görünür, Aİ-nın sərt münasibəti Gürcüstan üçün "soyuq duş" effekti verib. İndi isə siyasi inteqrasiya və tamhüquqlu üzvlük məsələsi gündəmə gətirilir. Cəmiyyətdə Avropa seçiminə dəstək yüksəkdir. Bu, Tbilisinin Qərbə yönəlmiş kursunu möhkəmləndirirəcək. Gürcüstanın xarici siyasəti yeni mərhələyə qədəm qoyur. ABŞ-la münasibətlərin yenidən qurulması, Rusiyadan uzaqlaşma və Avropa İttifaqına inteqrasiya ölkənin strateji seçimlərini müəyyən edir. Bu kurs yalnız Gürcüstanın dövlətçilik maraqlarını möhkəmləndirməyəcək, həm də Cənubi Qafqazda qüvvələr balansını dəyişdirərək, regionun siyasi gələcəyinə birbaşa təsir göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial