Ermənistanda 19 yaşlı həqiqi hərbi xidmət çağırışçısı A.H. amansız şəkildə dövülüb; onun vəziyyəti o qədər ağır olub ki, onu Kanaz hospitelinə köçürməyə məcbur qalıblar.
Sherg.az Pulika.az-a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Janna Aleksanyan həyəcan təbili çalıb.
"Bir qədər əvvəl məlumat aldım ki, 19 yaşlı həqiqi hərbi xidmət çağırışçısı A.H. amansız şəkildə dövülüb. Onun vəziyyəti o qədər ağır olub ki, Kanaz hospitelinə köçürməli olublar. Anası oğlunu tanınmaz halda, üzü deformasiyaya uğramış və qarabasmalar içində görüb. Əsgər 6 ay əvvəl psixi sağlamlıq problemi ilə orduya çağırılmışdı. Hadisə iyulun 22-də, təxminən bir həftə əvvəl Cermuqdakı hərbi hissədə baş verib, lakin hələ ki heç bir cinayət işi qaldırılmayıb və deyəsən, qaldırmaq fikrində də deyillər. Ananın məlumatına görə, döyənlər zabit heyətindəndir. Xahiş edirəm ki, insan hüquqları üzrə müvəkiı Anahit Manasyan bu fövqəladə hadisəyə reaksiya versin. Hələlik bu qədər, çox təfərrüata varmadan", – deyə o yazıb.