Putinə cavab verdilər - “Ermənistan sizi yox, bizi seçdi”

“Brüssel Ermənistanın Avropa İttifaqının (Aİ) üzvü olmaq istəklərini dəstəkləyəcək”.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Ermənistanın Aİ və Avrasiya İqtisadi Birliyinə üzvlüyü ilə bağlı son açıqlamaları şərh edərkən bildirib.

“İrəvanda keçirilən Avropa Siyasi Birliyinin toplantısı və Aİ-Ermənistan sammiti Ermənistanda hansı yolu seçmək istədiklərini göstərdi. Avropa onları dəstəkləyəcək”, - o bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Ermənistanı Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında seçim etməyə çağırmışdı. Rusiya lideri ölkənin bu iki ittifaqa eyni anda üzv ola bilməyəcəyini vurğulamışdı.