
“Qarabağ illüziyalası" bitib: Reallıq Azərbaycanın xeyrinədir
11:18 26.08.2025
Cənubi Qafqaz
387
Erməni politoloq Benyamin Matevosyanın fikrincə, sabiq prezident Levon Ter-Petrosyan və hazırkı baş nazir Nikol Paşinyan Qarabağ məsələsində eyni ideoloji mövqedədir. Matevosyan bildirib ki, hər ikisi “ermənilərin Qarabağa qayıdışı” mövzusunu bağlamağın tərəfdarıdır və sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin qurulmasını dəstəkləyir: “Levon Ter-Petrosyan böyük mənada Nikol Paşinyanın konsepsiyasının tərəfdarıdır: ermənilərin Qarabağa qayıdışı mövzusunu bağlamalıyıq. Üstəlik, Ter-Petrosyan Alen Simonyanın da fikirlərini dəstəkləyir. Alen Simonyana görə, sülh müqaviləsi imzalanan kimi, Azərbaycan və Ermənistan arasında ticarət başlayacaq. Dünən Ter-Petrosyanın özü də söylədi ki, ermənilər ticarətlə yaxşı məşğul olan xalqdır. Başqa sözlə, Nikol Paşinyan Qarabağla bağlı Ter-Petrosyanın etmək istəmədiyi bir iş (Azərbaycan ərazisi olaraq tanınması – red.) görməyib. Nikol Paşinyan Levon Ter-Petrosyanın konsepsiyasındadır. Yəni hər ikisi eyni ideoloji sahədədir”. Matevosyanın iddiasına görə, Ermənistanın digər keçmiş prezidenti Serj Sərkisyan da hakimiyyəti dönəmində bəzi məsələlərdə Nikol Paşinyanla eyni mövqedən çıxış edib: “Ermənistan-Türkiyə futbol diplomatiyası dövründə hakimiyyətin bəyanatlarını xatırlayın. Sadəcə adları dəyişin, Serj Sarkisyanın yerinə Nikol Paşinyanı qoyun, Abdullah Gülün yerinə Ərdoğanı. Görün nəsə fərq olurmu?”.
Siyas Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında deyib ki, erməni politoloqun açıqlaması Paşinyanın Qarabağ siyasətini sabiq prezidentlərin xəttinə bağlamağa çalışır, amma gerçək vəziyyət bundan qat-qat mürəkkəbdir:

“ Levon Ter-Petrosyan və Serj Sərkisyan illərlə Qarabağ məsələsində yanlış prioritetlər seçdilər, diplomatik səhvlərə yol verdilər və erməni cəmiyyətini boş ümidlərlə oyandırdılar. Paşinyan isə onların buraxdığı boşluqları görmək məcburiyyətindədir, amma onun siyasəti də tam səhvsiz deyil. Qarabağla bağlı bəyanatlarda mövqeyi bəzən qeyri-müəyyən və populist xarakter daşıyır, daxili və xarici auditoriya üçün qarışıq mesajlar verir. Azərbaycan isə gücünü və strategiyasını açıq şəkildə ortaya qoyub, həm diplomatik, həm də hərbi sahədə sabit üstünlük nümayiş etdirir. Paşinyanın buna cavabı daha çox reaktiv xarakter daşıyır və sistematik bir plan kimi görünmür. Ermənistanın iqtisadi və siyasi strukturu isə hələ də köhnə zəncirlərdən qurtulmayıb, bu da Paşinyanın imkanlarını ciddi şəkildə məhdudlaşdırır”.
T. İsmayılovun fikrincə erməni politoloqun “sadəcə adlar dəyişib” ifadəsi ironikdir, amma gerçəklik daha sərtdir: həm sabiq prezidentlər, həm də Paşinyan əslində Ermənistanın strateji zəifliyini ört-basdır etməyə çalışır. Azərbaycan isə real diplomatiya və güc balansı ilə bölgədə təşəbbüsü əlində saxlayır:
“ Paşinyanın bəzi addımları zəruridir, amma onların icrası da bəzən yetərincə cəsarətli və nəticəyönümlü deyil. Ermənistanda hakimiyyət dəyişir, ritorika dəyişir, amma regiondakı balans Azərbaycanın əlində qalır. Qarabağ məsələsi üzərində oyunlar aparmaq artıq mümkün deyil; Paşinyan da, sabiq prezidentlər də bu həqiqətlə üzləşməlidir. Azərbaycanın gücü və strateji sabitliyi isə heç vaxt əvvəlki erməni liderlərinin illüziyalarını yaşamağa imkan verməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm