
Saakaşvilinin həbsi bu qüvvələrə mesajdır -Politoloq
10:23 13.03.2025
Cənubi Qafqaz
433
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hökmünə münasibət bildirib.
O bu hökmün onun üçün ömürlüyə bərabər olduğunu qeyd edib:
“Oliqarxın hökmü necə də sürpriz oldu, hə? Mən Prezident Administrasiyasının rəsmi xərclərinə görə praktiki olaraq ömürlük həbsə məhkum edildim. Bizi qorxuda bilməzlər. Güc birlikdədir!”.
Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur. Həkimlər onun səhhətinin getdikcə yaxşılaşdığını qeyd edib.
Politoloq Aytən Qurbanova "Sherg.az"a deyib ki, qərarın indiki məqamda qəbul edilməsi Gürcüstanda etirazları təşviq edən qüvvələrə qarşı mesajları da özündə ehtiva edir:

"Çünki Qərbin “Gürcüstan layihəsi” ölkədə keçirilmiş son iki seçkinin nəticəsində demək olar ki, uğursuzluğa düçar olub. Məhz bunun nəticəsində Gürcüstana qarşı qərəzli bəyanatların və əsassız ittihamların səsləndirilməsi daha intensiv xarakter alıb. Amma düşünürəm ki, kollektiv Qərbin ənənəvi ritorikası artıq öz təsir gücünü itirib və bu çıxışların əsl mahiyyəti də ifşa olunub. Ona görə də, hakim Gürcü arzusu partiyasının siyasi kursunda cidi dəyişikliklər ola biləcəyi ehtimalı çox aşağıdır. Yəni Qərbin məkrli ssenarilərinə baxmayaraq, Gürcüstan hakimiyyətinin balanslı siyasət yanaşması xarici siyasət konsepsiyasının əsasını formalaşdırır və bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm