ABŞ prezidenti tarixdə ilk dəfə KXDR ərazisinə ayaq basıb



ABŞ Prezidenti Donald Tramp ilə Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In iki Koreya arasında faktiki sərhəd rolunu oynayan demilitarizasiya zonasında görüşüblər.

AZƏRTAC xəbər verir ki, Donald Tramp Kim Çen Inla birlikdə sərhəd xəttinin KXDR tərəfinə keçərək, əl sıxışıblar. Sonra hər iki lider Cənubi Koreya tərəfə keçərək jurnalistlərin suallarını cavablandırıblar. Beləliklə, Donald Tramp KXDR ərazisinə ayaq basan ilk ABŞ prezidenti olub.

Qeyd edək ki, Cənubi Koreyada səfərdə olan Donald Tramp Prezident Mun Ce-inlə birlikdə yerli vaxtla 13:50-də demilitarizasiya zonasına gəliblər. Dövlət başçıları əvvəlcə ərazidə xidmət edən hərbçilərlə söhbət ediblər. Bir qədər sonra isə KXDR lideri Kim Çen In demilitarizasiya zonasında yerləşən Panmuncon qəsəbəsinə gələrək, Prezident Donald Tramp ilə görüşüb.