Oktyabrın 18-də Əfqanıstanın Nangarhar vilayətində məsciddə cümə namazı zamanı iki partlayış törədilib.
APA -nın xəbərə görə, bu barədə “Tolo news” telekanalı məlumat yayıb.
Partlayış nəticəsində 17 nəfər ölüb, xəsarət alanlar var.
Terror aktı ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.