İspaniyanın Kataloniya bölgəsində genişmiqyaslı aksiyalar nəticəsində ən azı 52 xəsarət alıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 32 nəfər Barselona, daha 10 nəfər Leyda, 5 nəfər isə Jironda yaralanıb. Bununla yanaşı Silse, Sallante, Manrese, Tarraqone şəhərlərində yaralıların olduğu deyilir.
Qeyd edək ki, Kataloniyada etiraz aksiyaları oktyabrın 14-dən başlayıb. Meydanda mitinq və nümayişlərin səbəbi Madrid tərəfindən qanunsuz elan edilən, 2017-ci ildə bölgənin İspaniyadan çıxarılması ilə bağlı referendum təşkil edən katalan siyasətçilərinə qarşı məhkəmə qərarından sonra başlayıb.