Suriyadakı təhlükəsizlik bölgəsinin sərhədlərini ABŞ-la razılaşdırıb

 
Türkiyə hökuməti Suriya ilə sərhəddə öz qoşunlarının nəzarətində olan 444 kilometr uzunluğunda təhlükəsizlik zonası yaratmaq üçün ABŞ-la razılığa gəlib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin məsləhətçisi Yasin Aktay bildirib.
“Amerikalı rəsmilərlə görüş zamanı yaradılmış təhlükəsizlik zonasının eni müzakirə edilib. Türkiyə tərəfi Suriya ilə sərhəddə eni 32 kilometr və uzunluğu 444 kilometr olan təhlükəsizlik zonası yaratmağın vacib olduğunu əminliklə bildirdiyi zaman bu, ABŞ nümayəndə heyəti ilə də razılaşdırılıb”, - Aktay belə deyib.

Onun sözlərinə görə, təhlükəsizlik zonası ilə bağlı ABŞ ilə yazılı razılığın olmaması bu məsələdə və ya razılaşmanın məzmunu ilə bağlı fikir ayrılığı demək deyil. Aktay bildirib ki, təhlükəsizlik bölgəsinə tam olaraq Fərat çayının şərqi, daha dəqiq desək, ər-Raqqa və Deyr-əz-Zor əyalətləri daxil olacaq.Onun sözlərinə görə, bu, ABŞ ilə müzakirə edilib və tərəflər bu məsələdə qarşılıqlı anlaşma əldə edə biliblər: “Amerikalılarla əldə edilən razılaşma aydındır. Türk silahlı qüvvələri təhlükəsizlik zonasına, Türkiyənin müəyyənləşdirəcəyi en və uzunluq ölçülərinə nəzarət edəcək”.

Bununla yanaşı, o qeyd etdi ki, Ankaranın təhlükəsizlik zonasında Vaşinqtonla əməkdaşlığı iki NATO ölkəsi münasibətlər çərçivəsində davam edəcək.Bu əraziləri tərk etdikdən sonra ABŞ-ın nəzarəti Türkiyəyə təslim edəcəyi gözlənilir.