Türkiyə və ABŞ arasında Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı əldə olunan razılaşma çərçivəsində PKK və YPG terrorçularının 120 saat içində bölgəni tərk etmələri işləri Türk Silahlı Qüvvələri tərəfindən yaxından izlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türk Silahlı Qüvvələrinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, əldə olunan razılaşmaya baxmayaraq oktyabrın 17-dən bu günədək PKK və YPG terrorçuları tərəfindən atəşkəs rejimi 22 dəfə pozulub.
Bundan əlavə, məlumatda terrorçulara aid olduğu düşünülən təxminən 55 maşından ibarət konvoyun Suriyanın Rasulayn şəhərinə daxil olduğu, 86 avtomobildən ibarət konvoyun isə Tel Tamir istiqamətindən çıxdığı bildirilir.