Çilidə keçirilən etiraz aksiyaları zamanı 600-dən çox adam saxlanılıb


Çilinin Valparaiso bölgəsindəki etirazlarda 140-dan çox insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə bazar günü "Bio Bio" radiostansiyası bölgədəki təhlükəsizliyə cavabdeh admiral Xuan Andres Masuyadan istinadən məlumat verib. Çili polisi bundan əvvəl paytaxtdakı etiraz aksiyalarının 167 qurbanı barədə məlumat vermişdi.

Masuyanın dediyinə görə 147 nəfər zərər çəkib, onlardan 116 nəfər mülki şəxsdir. Xəsarət alan iki polisin vəziyyəti ağırdır.