Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa İttifaqına (Aİ) daha bir məktub göndərib.
AZƏRTAC xəbər verir ki, Boris Conson Parlamentin qərarı ilə Aİ-dən Brexit prosesini 2020-ci il yanvarın 31-dək təxirə salınmasını xahiş edib, ancaq o, məktubu imzalamayıb.
O, oktyabrın 17-də razılaşdırılan Brexit sazişinin parlamentdə təsdiqlənməsi üçün səylərini davam etdirəcəyi bildirib.
Avropa Şurasının rəhbəri Donald Tusk təxirəsalınma tələbini ittifaq liderləri ilə müzakirə edəcəyini açıqlayıb.