Ermənistan yeni “Doing Business” hesabatında altı pillə geriləyib

Ermənistan Dünya Bankının “Doing Business 2020” hesabatında altı pillə geriləyib. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bu geriləmə ölkədə sərmayə mühitinin və azad biznes üçün şəraitin pisləşməsinin nəticəsidir.

Qeyd olunur ki, ötən il “Doing Business 2019” hesabatında 41-ci yeri tutan Ermənistan bu il reytinq cədvəlində 47-ci yerə düşüb.

Belə ki, Dünya Bankının Yerevan ofisinin rəhbəri Silvi Boustro keçən il bu ölkənin hesabatda irəliləməsini əmlak alqı-satqısı prosedurunun sadələşdirilməsi, vergi sistemində dəyişikliklərlə izah etmişdi. Ermənistanın builki düşüşünün səbəbi isə hələ bu ofis tərəfindən açıqlanmayıb.