44 il sonra ortaya çıxdı: Diktator yenidən dəfn edilir


Gözlənilən gün gəlib çatdı, beynəlxalq xəbər agentlikləri bu səhər tezdən fotolar təqdim etməyə başlayıb. İspaniyada keçmiş  diktator Francisco Franconun məzarı sosialist azlıq hökumətinin çıxartdığı qərarla daşınır. Qalıqlar Şəhidlər Xiyabanında yerləşən abidə məzarlıqdan çıxardılaraq ailə qəbiristanlığına nəql edilir.





Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanı 22 il dəmir yumruqla idarə edən diktator Franconun məzarındakı qalıqlar vertolyotla daşınır. General Francisco Franconun Madrid yaxınlığındakı məzarının başında hərəkətlilik bu gün səhər günəş çıxmadan başlayıb. Franco ailəsinin göndərdiyi çələnglər abidə məzara gətirilib. Bu arada polisin çox geniş təhlükəsizlik tədbiri gördüyü bildirilir.









Franco tərəfdarları məzarın qarşısında toplanıb, pankartlar açıb. Diktatoru dəstəkləyənlər məzar daşımaq qərarının müəllifi - İspaniya Baş naziri Pedro Sançesi hədəf götürüb. Pankartlardan birində, "Franco yaşayır" yazılıb.

Bəzilərinin əlində tutduğu bayraqlarda Franconun hərbi formada çəkilmiş fotoları da var. Madrid küçələrində Franco sevərlər dua edərkən fotoqraflar tərəfindən qeydə alınıb.


Valle de los Caidos abidəsinə gələnlər arasında diktatorun nəvələri Jaime Martinez-Bordia, Alfonso da Borban və Daniel Martinez-Bordia Toledo da olub. Hökuməti təmsil edənlər - Prezident sarayının nümayəndəsi general Felix Bolanos, Ədliyyə naziri Dolores Delqado və Baş nazir köməkçisi Antonio Hidalgo Lopez abidə məzara  daxil olub. Dəqiqələr sonra üfüqdə diktatorun qalıqlarını daşıyacaq vertolyot görünüb. Vertolyot enib və üç saatlıq əməliyyat  başlayıb. Yüzlərlə jurnalistin izlədiyi məzar daşıma prosesini ispan televiziyaları canlı yayıb.



Sosialist Baş nazir Sançesin komandası etirazların qabağını almaq üçün daşıma əməliyyatını vertolyotla icra edir. Günorta saatlarında çiçəklərlə örtülmüş tabut, ilk dəfə abidə məzarın qapısında görünüb. Yaxın planda nəvələrinin diktator Franconun tabutunu daşıdığı gözə çarpır. Franconun qalıqları, vertolyota aparılmaq üçün əvvəl bir maşına qoyulub. Qısa müddət sonra tabut vertolyota nəql edilib və vertalyot havaya qalxıb. 

1936-1939-cu illərdə  İspaniyada baş verən vətəndaş müharibəsindən sonra 1975-ci ilə-  ölümünə qədər ölkəni dəmir yumruqla idarə edən general Franco, Madridin 50 kilometr kənarındakı bir dağın başında oyulan kilsədəki abidə məzarda uyuyurdu. 1940-1959-cu illər arasında, Franco rejimi zamanı tikilən abidə məzarın istehsalında məhkumların da işlədilməsi mübahisə mövzulardan biri olmuşdu. Mübahisələrdən biri də Franconun qurbanlarıyla eyni məzarda dəfn olunması idi.

Abidə məzarda İspaniya vətəndaş müharibəsisi zamanı həlak olmuş "Respublikaçılar” və "Milliyyətçilər”dən 37 min insanın məzarı var.
 Franconun məzarının açılması 10 noyabrda seçkiyə gedəcək İspaniyada Sosialist hökumətinin seçki vədləri arasında yer alıb. Sosialist hökumət, keçmiş diktatorun böyük bir abidə məzarda dəfn edilməsini diktatorluq illərini ucaltdığını söyləyir. Franconun ailəsi qərara qarşı çıxmış və mövzu İspaniyanı ikiyə bölmüşdü. Ailə mövzunu məhkəməyə daşımışdı. Məzarın açılması qərarını səs şoxluğu ilə qəbul edən məhkəmə, Franco ailəsinin müraciətini haqsız sayıb.

Turan