ABŞ Avropaya səsləndi: Əsl təhlükə Çindir

Çin Qərb ölkələri üçün böyük təhdiddir.

Axar.az xəbər verir ki, bunu Marşal Fondunda çıxışı zamanı Mark Esper deyib.

“Avropa da Çin tərəfindən olan təhdidi etiraf etməyə başlayır. Onlar uzaqda olan yox, birbaşa qarşılarında olan təhdidə diqqət etməyə öyrəşiblər. Düşünürəm ki, uzunmüddətli perspektivdə Çin bizim üçün Rusiyadan daha ciddi təhdiddir.

ABŞ Milli Müdafiə Strategiyasında Çin birinci yerdə dayanır, Rusiya isə ikincidir. Rusiya və Çin öz güclərini strateji vəziyyəti məcburi şəkildə dəyişmək üçün istifadə edirlər”, – deyə o bildirib.