Ərdoğan: "Bunlar Avropanın sonunu gətirəcək"

İndi yenidən beynəlxalq mübarizə aparırıq. Bütün dünya hücum edir, biz dimdik ayaqda durmağa davam edirik. Asan deyil, 911 kilometr sərhədimiz var. Bu bağıranlar, çağıranlar, danışanların burada heç sərhədi yoxdur. Sərhədimizə hücum varsa, nə lazımdır edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Avropadan yüksələn və riyakarlıq qoxusu gələn sözlərin bizim nəzərimizdə heç bir dəyəri yoxdur. Avropa Birliyinin sonu bu səmimiyyətsizlik və ikiüzlülüyə görə gələcək. Qapıları açarıq deyəndə qorxurlar. Vaxtı, saatı gələndə bu qapılar açılacaq. Gəlin görək, yüz minləri siz də qonaq edin. Bu iş necə olurmuş sizləri də görək”, - Ərdoğan bildirib.