ABŞ Suriyanın şimalındakı neft yataqlarının mühafizəsi üçün “Abrams” tanklarını bu ölkəyə göndərmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu sözləri “Nyusvik” nəşri yüksək çinli Pentaqon rəsmisinə istinadən yazıb.
Mənbənin sözlərinə görə, sözügedən qərar Ağ Ev tərəfindən təsdiqləndikdən sonra ABŞ 15 “Abrams” tankını və müvafiq sayda şəxsi heyətini Suriyanın şərqinə göndərəcək”, - xəbərdə deyilib.