Ərdoğandan BMT-yə: Ehtiyac yox, məcburiyyətdir!

BMT Təhlükəsizlik Şurasının islahatlara getməsi ehtiyac deyil, məcburiyyətdir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Günümüzün ehtiyaclarına cavab verə bilməsi üçün BMT təşkilatı daha ədalətli, təsirli, şəffaf və məhsuldar vəziyyətə gətirilməlidir. Üzv ölkələrin bərabər şəkildə təmsil edildiyi BMT TŞ mütləq gücləndirilməlidir”, - deyə türk lider bildirib.