Ankara Qərblə deyil, Rusiya ilə daha çox yaxınlaşmaqla NATO müttəfiqlərinə qarşı yanlış istiqamətdə hərəkət edir.
Axar.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Mark Esper deyib.
“Türkiyə hamımızı dəhşətli vəziyyətə saldı. Müttəfiqlərinə qarşı yanlış istiqamətdə hərəkət edir. Müəyyən məsələlərdə Qərbdən daha çox, Rusiyanın orbitinə yaxınlaşır. Düşünürəm ki, bu, kədərli hadisədir və biz Türkiyə ilə müttəfiqliyimizi möhkəmləndirmək və onların əvvəl olduğu kimi yenidən etibarlı, güclü və məsuliyyətli müttəfiqliyinə əmin olmaq üçün birlikdə çalışmalıyıq. Bizə uzunmüddətli dövr üçün plan lazımdır”, - Esper bildirib.