Tramp Suriyadan yazdı: "Bu yaramaz axmaqlar..."

20 ildir ki, bu yaramaz axmaqlar Orta Şərqdə səhv siyasət yürüdürlər.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.

“Vətənə gəlirik! Biz orada (Suriya - red) cəmi 30 gün olmalı idik. 20 ildir ki, bu yaramaz axmaqlar Orta Şərqdə səhv siyasət yürüdürlər. Sövdələşmədən nə ilə çıxdığımızı soruşduqda, mən onlara sadəcə "Neft" deyirəm. Biz əsgərlərimizi geri gətiririk, İŞİD məsələsi artıq etibarlı əllərdədir!”.