Kaliforniyada fövqəladə vəziyyət: 50 min insan köçürüldü

Kaliforniya ştatının qubernatoru meşə yanğınlarından dolayı Hevin Nyusom Los-Anceles və Sonoma (San-Fransisko yaxınlığı) ətrafında fövqəladə vəziyyət elan edib.

Axar.az xəbər verir ki, təxminən 50 minə yaxın insan həmin ərazilərdən evakuasiya edilib.

Qeyd edək ki, meşə yanğınları Kaliforniyanı yenidən cənginə alıb.