Almanlar birləşmədən məmnun deyil? - İlginc

Almaniyanın birləşməsindən 30 il ötməsinə baxmayaraq, hələ də hakim partiyaların uğursuzluğu hökm sürür.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Yelena Panina Almaniyada Berlin divarının sökülməsinin 30 illiyi ilə bağlı keçirilən təntənəli mərasimləri şərh edərkən deyib.

“Rusiyaya yönəlik sanksiyaların ləğvini istəyən “sollar” və Almaniya üçün Alternativ partiyaları liderlik edir. Doğrusu, şərqdə yaşayan almanlar bu vəziyyətdən məmnun deyillər”, - deyə deputat bildirib.