ABŞ Əfqanıstanla bağlı planını açıqladı

Əfqanıstan bir neçə ildən sonra təkbaşına təhlükəsizliyi təmin edə və terrorizmlə mübarizə apara biləcək.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Qərargah Rəislərinin Birləşmiş Komitəsinin rəhbəri, general Mark Milli deyib.

“Çalışırıq ki, Əfqanıstan bir daha ABŞ-a hücum edəcək terrorçuların məskəninə çevrilməsin. Bu tapşırıq hələ ki, yekunlaşmayıb. Uğur əldə etmək üçün Əfqanıstanın təhlükəsizlik qüvvələrinin daxili təhlükəsizliyi təmin etməsi gərəkdir. Digər ölkələrə, xüsusilə ABŞ-a terrorçuların hücum etməsinə şərait yaratmamalıdırlar”, - deyə general bildirib.

Qeyd edək ki, Əfqanıstan hökuməti ölkədə İŞİD üzərində qələbə çalındığını açıqlayıb.