Tanınmış tarixçinin çantasından qadın qolları çıxdı

 
Rusiyada, içində qadın qolu olan bir kürək çantası ilə saxlanan tanınmış tarixçi polis sorğusunda sevgilisini öldürdüyünü etiraf edib.
Sherg.az BBC-yə istinadən xəbər verir ki, 63 yaşlı Oleq Sokolov sərxoş şəkildə bədən parçalarından xilas olmaq istəyərkən çaya düşüb. Hadisə ilə bağlı istintaqa başlayan Sankt Peterburq polisi Sokolovun mənzilində bədən üzvləri parçalanmış bir qadın cəsədinə rast gəliblər.



24 yaşlı Anastasia Yeşenkoya aid  cəsədin, baş hissəsi də bədəndən ayrılıb. Sokolovun vəkili, peşmanlıq yaşayan müvəkkilinin "günahını qəbul etdiyini" və polislə əməkdaşlıq etdiyini söyləyib.

Sokolov, mübahisə zəmnində öldürdüyü tələbə sevgilisinin başını, qollarını və ayaqlarını mişarla parçaladığını etiraf edib.

Məşhur tarixçi cəsəddən xilas olduqdan sonra öz həyatına da son verməyi planlaşdırıb.  Fransız İmperatoru Napolyon mövzusunda mütəxəssis olan Oleq Sokolova Fransa Şərəf Nişanı da verilib.
Anastasia Yeşenkonun Fransız tarixi təhsili aldığı və Professor Sokolovla akademik işlərdə iştirak etdiyi də yazılır.

Turan