Slovakiya Makrona qarşı: "Bizə NATO lazımdır"

NATO Slovakiyanın təhlükəsizliyinin zəmanətçisidir.

Axar.az xəbər verir ki, bunu Slovakiya Xarici İşlər naziri Miroslav Layçak deyib.

“Mən Makronun ifadələriylə razı deyiləm. Bizə NATO lazımdır. O bizim təhlükəsizliyimizin qarantıdır. NATO bu alyansa üzv olan ölkələrin birliyinin nümayişidir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron NATO-nun beyin ölümü yaşadığını bəyan etmişdi.