Tramp Moralesin istefasından danışdı

ABŞ prezidenti Donald Tramp Boliviya prezidenti Evo Moralesin istefasını alqışlayıb.

Report-un məlumatına görə, Ağ Ev rəhbəri bildirib ki, bu, Nikaraquanın və Venesuelanın "qeyri-qanuni" hakimiyyətləri üçün əhəmiyyətli siqnaldır.

"Boliviya prezidenti Evo Moralesin dünənki istefası Qərb yarımkürəsində demokratiya üçün dönüş anı oldu", - deyə Trampın Ağ Evdə yayılmış bəyanatında deyilir.

"Birləşmiş Ştatlar Boliviya xalqının azadlığa cəhdini, Boliviya hərbçilərinin isə yalnız bir insanı yox, həm də Boliviyanın konstitusiyasını müdafiə etməsini alqışlayır", - deyə açıqlamada bildirilir.

"Bu hadisələr Venesuela və Nikaraquadakı qeyri-qanuni rejimlərə əhəmiyyətli siqnaldır ki, demokratiya və xalqın iradəsi həmişə qalib gələcək. İndi biz tamamilə demokratik, çiçəklənən və azad Qərb yarımkürəsinə bir addım daha yaxınıq", - deyə ABŞ lideri fikirlərini yekunlaşdırıb.