Bir - birindən xəbərsiz olan 7 qadınla evləndi


İstanbulda qeyri-adi bir hadisə yaşanıb. 41 yaşlı Ömər S., imam nikahı ilə  7 qadınla evlənib. 7 arvaddan cəmi 5 uşağı olan gənc adam, illərlə bir-birlərindən xəbərləri olmayan həyat yoldaşları ilə yaşadı.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, bir qayınana Öməri axtardığı zaman telefonu digər qadının götürməsi ilə hər şey ortaya çıxır. Dedektif kimi ərinin bütün əlaqələrini araşdıran dördüncü zirək arvad, Ömərin bütün oyunlarını pozur.  Sevgi Demir (31), yalanlarla keçən illərini belə nəql edir:

"6 ay arxamca qaçdı"

Ömərlə rəfiqələrimlə getdiyim bir məkanda tanış oldum.  2012-ci il  idi. Məndən əl çəkmədi. 6 ay arxamca qaçdı. Üç dəfə evləndiyini, boşanma mərhələsində olduğunu, artıq möhkəm bir ailə qurmaq istədiyini söylədi.  Aylar keçirdi. Bu səbəblə imam nikahı bağlanmasını qəbul etdim. Hamilə qaldım. Ferma saxladığını, işi gərəyi heyvan almaq üçün şəhərdən kənara getdiyini söyləyərək, həftənin 6 günü evə gəlmirdi. Sonra bir neçə yerdə başqa qadınla yaşadığı ortaya çıxdı. Təbii,  bunları öyrənə qədər illərim getdi.

"Ömər  məni və uşağımı inkar etdi"

Uşağımı doğdum. Başıma talehsiz bir hadisə gəldiyi üçün balamdan uzun müddət ayrı qaldım. Bu müddət uşağıma anam baxdı. Ömər, anamdan xeyli miqdarda borc pul alıb.  Bir gün anam pulu istəmək üçün Öməri axtaranda telefonu Selin E. adlı bir qadın açıb. Ömərin arvadı olduğunu və bir qızı olduğunu söyləyib. Ömər bu yaşananlar zamanı məni və uşağımı inkar etdi. Mən də məhkəməyə müraciət edərək oğulumun Ömərin oğulu olduğunu isbat etdim. Məhkəmə qərarından sonra Selin E. ilə əl-ələ verib yaşadıqlarımızı paylaşdıqca digər aldanmış qadınlara da ulaşdıq . Düşünün, əriniz evinə çörək gətirmək üçün çalışdığını zənn edirsən, amma o başqa qadınlarla yatır.

Siz də susmayın!


Oğulumun belə bir atası olduğu üçün çox kədərlənirəm. Mənim kimi bu adam tərəfindən, hətta mənimlə eyni vəziyyətdə başqa yerlərdə başqa adamlarla yaşayan qadınlara da buradan səslənirəm. Mən qorxmadım, susmadım. Siz də susmayın !

Turan