Rusiya İsrailin 8 iş adamına qadağa tətbiq etdi

Rusiya 8 İsrail biznesmeninin ölkəyə girişinə qadağa qoyub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “İsrail Onfo” portalı yayıb. Məlumata görə, 8 iş adamı Moskva hava limanında 12 saat saxlanıldıqdan sonra geriyə göndəriliblər.

Məsələ ilə bağlı İsrailin böyük şirkətləri artıq etirazlarını bildiriblər.

İsrailin “Xadaşot 12” portalı isə baş verən insidentin İsrailin rusiyalı haker Aleksey Burkovu ABŞ-a ekstradisiya etməsiylə bağlı olduğunu yazıb.