İraqda korrupsiya və rüşvətxorluqda ittiham olunan deputat Mahmud Molla Talal rüşvət olaylarına görə saxlanıldı.
«Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, deputat 10 il müddətinə azadlıqdan məhrum edilib.
Korrupsiyaya qarşı mübarizə komissiyası onu 250 min dollar vəsaitin mənimsənilməsində ittiham edir.
Mahmud Molla Talal sonuncu dəfə avtomobilində 150 min dollar daşıyarkən yaxalanıb.
Bağdad məhkəməsi «Hikma » partiyasından olan deputatı Bağdad məhkəməsi 10 il müddətinə azadlıqdan məhrum edib.